Icma.az
close
up
RU
Hulusi Kılıç: “Rusiya tezliklə Azərbaycan xalqından üzr istəməlidir”

Hulusi Kılıç: “Rusiya tezliklə Azərbaycan xalqından üzr istəməlidir”

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 25-də AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə zamanı təyyarədə beş ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Faciəvi təyyarə qəzasında 38 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb.

Ötən gün “Euronews” Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən təyyarənin Rusiyaya məxsus raketlə vurulduğunu qeyd edib.

Eyni zamanda, aparıcı xarici media orqanları ciddi iddialar yayıb. Bu iddialarda da baş vermiş qəzanın səbəb kimi Rusiyaya məxsus “Pantsir-S” raketi göstərilib. Bu isə beynəlxalq Konvensiyanın tələblərinin pozulması deməkdir.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Hulusi Kılıç Gununsesi.info-ya təyyarə qəzası ilə bağlı vəziyyəti şərh edib.

Hadisəni qətiyyətlə qınayan diplomat bunun utancverici olduğunu bildirib:“Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulması insanlıq üçün faciədir. Mən bu hadisəni qətiyyətlə qınayıram.

Bildiyimiz kimi, Rusiya tərəfindən raketlə vurulan təyyarənin Aktau şəhərinə eniş etmək məcburiyyətində qalması nəticəsində 38 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Əldə olunan məlumatlar göstərir ki, pilota eniş icazəsi verilməsə də, o, peşəkar məharətlə təyyarəni Aktau şəhərinə endirə bilib. Pilotun göstərdiyi bu fədakarlığı sayəsində də çox insanın həyatı xilas olunub.

Onu da vurğulamaq istəyirəm ki, təyyarənin yaşayış məntəqəsinə düşməməsi də bu fəlakəti azaldıb. Həyatını itirənlərin ailələrinə, yaxınlarına həmçinin Azərbaycan və Qazaxıstan xalqlarına başsağlığı verirəm. Millətimizin başı sağ olsun”.

H.Kılıçın fikrincə, bu gün real faktlar bir daha onu göstərir ki, təyyarə Rusiya ərazisi üzərində olarkən raket ilə vurulub.

“Kanada-Montrealda yerləşən Beynəlxalq Mülki Aviasiya Təşkilatında 4 ildən artıq çalışdığım üçün aviasiya qanunvericiliyinə aid bilgilərim var. Bütün hallarda mülki hava gəmilərinin mühafizə etmək hər ölkənin borcudur. Mülki təyyarələrə hücum edilə bilməz.

Hesab edirəm ki, prezident Putinin təyyarənin qəzaya uğramamasından xəbəri olmayıb.

Bu gün Rusiya hakimiyyəti dərhal üzr istəməli, bəyanat yaymalı və zərərçəkmişlərin ailələrinə də təzminat ödənilməlidir.

Bu vəziyyətə tez bir zamanda aydınlıq gətirilməlidir”, – deyə diplomat əlavə edib.

Türkiyə xalqının böyük kədər içində olduğunu deyən keçmiş səfir Türkiyənin daima Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

“Bu hadisəyə görə böyük kədər yaşadıq. Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”.

Azərbaycan Prezidentinin sammitə getməzdən əvvəl hadisədən xəbər tutması və sonra onu izləmək üçün geri qayıtması böyük liderliyinin əlamətidir.

Azərbaycan xalqı dərhal bütün zərərçəkmişlərə qayğı göstərib, onların Azərbaycana gətirilməsini təmin edib. Ağrımız böyük, yaramız böyükdür. Mən bu faciəni şiddətlə qınayıram. Hamı kimi mən də Rusiyanın tezliklə Azərbaycan xalqından üzr istəməsini, məsul şəxslərin cəzalanmasını səbirsizliklə gözləyirəm”, – deyə H.Kılıç fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri