Icma.az
close
up
RU
“Döyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir İcma

“Döyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir İcma

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biz Qərbi Azərbaycan İcması (QAİ) olaraq Almaniya Federativ Respublikasına məxsus, “Alman Dalğası” (“Doyçe Velle”)ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bu barədə QAİ-nin Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veriliş Azərbaycan xalqının əzablarını tamamilə göz ardı edərək, tarixi faktları təhrif edir:

"Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib. Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır".

Bildirilib ki, verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli bir yanaşma sərgiləyir:

"Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyatına toxunmaq üçün qəsdən edilir. Xatırladaq ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da eynişəkildə azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi. Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Doyçe Velle”nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Doyçe Velle”nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Mart 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri