Humanitar yardım aparan yük maşını sürücüsü İsrail nəzarət buraxılış məntəqəsində atəş açaraq iki əsgəri öldürüb
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəzza sakinləri üçün humanitar yardım aparan yük maşını sürən İordaniya vətəndaşı İsraillə sərhəddə yerləşən Kral Hüseyn körpüsündə (Allenbi körpüsü) atəş açıb. “The Jerusalem Post”un məlumatına görə, 20 və 60 yaşlı iki İsrail əsgəri həlak olub. Sərhəd keçid məntəqəsinin bir neçə əməkdaşı yaralanıb.
Təcavüzkar təhlükəsizlik məntəqəsinə çatmazdan əvvəl yük maşınından çıxıb və keçid məntəqəsindəki hər kəsə atəş açıb. Daha sonra bıçaqla onlara hücum edib. "Terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib", - İsrail təhlükəsizlik mənbəsi AFP-yə bildirib. İsrail Müdafiə Qüvvələri (IDF) bölgədə hücumun digər mümkün səbəbkarlarını axtarır.
Hadisədən sonra İsrail tərəfi keçidi bağlayıb. İordaniyanın Baş Təhlükəsizlik İdarəsinin AFP-yə verdiyi məlumata görə, atışma ölkə sərhədlərindən kənarda baş verib. Allenbi körpüsü İordaniya tərəfində açıq qalır.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Sentyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















