Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir çox insan yuxuya gedərkən və ya gecə qəfil oyandıqda sanki hündürlükdən düşürmüş kimi hiss etdiyini bildirir. Mütəxəssislər bu halın əksər hallarda ciddi xəstəliklə əlaqəli olmadığını qeyd edirlər.
Milli.Az xəbər verir ki, tibbdə bu vəziyyət "hipnik sıçrayış" (hypnic jerk) adlanır. Bu zaman insan yuxuya keçid mərhələsində qəfil əzələ yığılması yaşayır və sanki boşluğa düşürmüş kimi hiss edərək diksinib oyanır.
Mütəxəssislərin sözlərinə görə, bu hal daha çox stress, yorğunluq, yuxusuzluq, nizamsız yuxu rejimi və həddindən artıq kofein qəbulu ilə əlaqəli ola bilər.
Qeyd edilir ki, hipnik sıçrayışlar əhalinin böyük hissəsində zaman-zaman müşahidə olunur və əksər hallarda sağlamlıq üçün təhlükə yaratmır.
Bununla belə, əgər bu hisslər tez-tez təkrarlanırsa, yuxu keyfiyyətini pozursa və ya huşun itməsi, qıcolma, ürəkdöyünmə kimi digər əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.
Fidan
Milli.Az
Baxış sayı:197
Bu xəbər 10 İyun 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















