Icma.az
close
up
RU
Hüquq mühafiqə orqanı əməkdaşı 18 yaşlı gəlini şantaj edib, sevgili olmağa məcbur etdi ƏRİ TƏRƏFİNDƏN BIÇAQLANAN QADIN RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR

Hüquq mühafiqə orqanı əməkdaşı 18 yaşlı gəlini şantaj edib, sevgili olmağa məcbur etdi ƏRİ TƏRƏFİNDƏN BIÇAQLANAN QADIN RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkir rayonu, Təzəkənd kənd sakini Ələsgərova Şəbnəm Rəsul qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

"Cənab Prezident!

Hörmətli Cənablar!

Yazaraq Sizə bildirirəm ki, Qaradağ rayonunda çalışan hüquq-mühafizə orqanı əməkdaşı Namozov Rasim məni aldadaraq, ailəmdə ciddi problemlər yaratmışdır.

18.01.2021-ci il tarixində qısqanclıq zəmnində həyat yoldaşım Əliyev İlkin İsrafil oğlu mənə bıçaqla zərbələr endirdi. Buna səbəb isə həmin Namozov Rasimdir. Adını çəkdiyim şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə edib, şəxsi mənafeyinə  görə məni şantaj etmişdir. O, həyat yoldaşıma bildirib ki, guya, mənim onunla sevgi münasibətim olub.

Halbuki, həmin hüquq-mühafizə işçisi vaxtilə mənim azyaşlı və aztəminatlı ailənin üzvü olmağımdan sui-istifadə edərək pul təklif etdi ki, onunla sevgi münasibətləri yaşayım. Mən isə onun təklifini 2 dəfə rədd etdim.

Sonralar mən işdən gələndə yolda qabağımı kəsdi. Həmin vaxt mən müəyyən səbəblərdən həyat yoldaşımdan ayrılaraq, ata evinə qayıtmışdım. O, "həyat yoldaşına deyəcəm ki, səninlə barışmamağının səbəbi başqası ilə əlaqəsinin olmasıdır", - deyərək məni şantaj etməyə başladı. Mən də onun bu sözlərindən qorxaraq, məcbur olub təklifi ilə razılaşdım.

2 ay yarım Namozov Rasimlə sevgi münasibətləri yaşadıqdan sonra ondan ayrıldım. Bu məsələdən həyat yoldaşım xəbər tutdu və yuxarıda qeyd etdiyim kimi, məni bıçaqladı.

Hazırda həyat yoldaşım Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclası zamanı bizə aydın oldu ki, onun üzərinə çox ağır maddələr qoyublar.

Bu evlilikdən bir qızımız var. Mən yoldaşım tərəfindən bağışlanışam, aramızda barışıq olub. Amma Rasim adlı şəxs öz çirkin əməllərindən əl çəkməyərək, yoldaşımın işinin ağırlaşdırılması üçün əlindən gələni edir.

Qeyd edim ki, bizə bu qədər ziyan vurmağına baxmayaraq, Rasim hələ də vəzifə başındadır.

Mən öz səhvimi, günahımı boynuma alıram. Böyük səhv etmişəm. Hamısı dünya görüşümün az olmağından başıma gəldi. Ali təhsil almamışam. Bu şəxs məni aldadaraq, az qala ölümümə səbəb olacaqdı. Bu da azmış kimi, indi də yoldaşımı ağır maddələrlə ittiham etdirir.

Mənim ailəmi dağıtmaq istəyən və özümü isə ölümə tərk edən insan hələ vəzifə başındadır. Mənə təzyiq edir, yoldaşımın işini ağırlaşdırır.

Cənab Prezident!

Hörmətli Cənablar!

Qaynanamın ciddi psixoloji problemləri var. Hazırda 18 yaşım var. Övladım isə 1 yaş 5 aylıqdır. Mən Sizlərdən kömək istəyirəm. Çarəsiz vəziyyətdə qalmışam. Mənə kömək edin, yoldaşım ancaq öz cəzasını çəksin. Bu işdə zərər görən mənəm və onu bağışlamışam. Onun yerində hansı kişi olsa bu hərəkəti edərdi.

Mən öz günahımı bilirəm. Amma səlahiyyətli qurumlardan xahiş edirəm, yoldaşım hansısa məmurun tapşırığı ilə cəzası artırılmasın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən Namozov Rasimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Onun mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri