Icma.az
close
up
RU
Hüquq və Ədalət: hər zaman eyni anlam daşıyırmı?

Hüquq və Ədalət: hər zaman eyni anlam daşıyırmı?

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Biz bu məqalə yazısında hüquq və ədalət anlayışlarının fərqini,oxşarlıqlarını,bir-biri ilə qarşılıqlı əlaqəsini,vəhdətini anlamağa çalışacağıq.

Bu anlayışlar hər nə qədər bir-birinə yaxın anlayışlar kimi görünsələr də,onlar arasında görünməz fərqlər vardır.Hüquq daha çox qanunlarla,normativ əsaslarla bağlı olduğu halda,ədalət vicdan,sosial dəyər və mənəviyyatla bağlıdır. Biz bu məqalə vasitəsilə onlar arasındakı fərqləri daha dərindən dərk etməyə çalışacağıq

Giriş

Hər şeydən əvvəl biz öz hüquqlarımızı bilməli,onları tətbiq olunmasını tələb etməliyik.Bunu bacarmaq üçün “hüquq” sözünün anlamını başa düşməli, dərk etməliyik.

”Hüquq” sözü ərəb sözü olmuşdur və “haqq” deməkdir. Hüquq sözünə anlayış verdikdə isə belə deyə bilərik ki, hüquq cəmiyyətdə mövcud olan münasibətləri tənzimləyən, bu tənzimləmələrə əməl olunması üçün qanunlara müraciət edən, əməl olunmadığı halda isə sanksiyalar tətbiq edən ümumi qaydalar toplusudur.

Hüquq dövlət, müxtəlif qurum və təşkilatların, hətta vətəndaşların qanuna əməl etməsinə,tabe olmasına əsaslı bir şəkildə nəzarət edir. Bu nəzarət ona sanksiya tətbiq etmək səlahiyyəti verir.

Sanksiya isə qaydalara əməl edilmədikdə tətbiq olunan cəzadır. Həmçinin, hüquq özü insan və vətəndaşların hüquq və qzadlıqlarının qorunması vəzifəsini də yerinə yetirir. Hüququn bu vəzifəsi insanların hüquq və azadlıqlarına müdaxilə edilməsinin qarşısını alır.

“Ədalət” sözü ərəb sözü olub mənası “bərabərlik” deməkdir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlət arasında tarazlığı qoruyur və bərabərliyi təbliğ edir. Ədalət hər kəsin bərabərlik əsasında yaşamasını tələb edir. Ədalətə görə hər kəsə layiq olduğu imtiyazların,hüquqların verilməsi, cəzalandırılma zamanı belə hər kəsin layiq olduğu şəkildə cəzalandırılması ən yaxşıdır.

Hüquq və Ədalət qarşılıqlı əlaqə əsasında inkişaf edir,formalaşır və tətbiq olunur. Hüquq ədalətin təmin olunması üçün yaradılmış bur sistemdir, lakin hüquq hər zaman ədalətli olmaya bilir,çünki hüquq qanunlar vasitəsilə müəyyənləşdirilir və hər dövrdə qəbul edilən qanunlar da, təəssüf ki, ədalətli olmur. Hər iki anlayış dövlət və cəmiyyət üçün mühüm rol oynayır və sosial münasibətlərin yaranmasında əsaslı bir şəkildə tətbiq olunur.

Hüquq və ədalətə uyğun Azərbaycan Respublikasının bir neçə maddəsini nümunə göstərə bilərik:

Maddə 25 – Bərabərlik hüququ

Hamı qanun qarşısında bərabərdir.

Maddə 60 – Hüquqi müdafiə hüququ

Hər kəsin öz hüquq və azadlıqlarını məhkəmə qarşısında müdafiə etmək,qorumaq hüququ vardır.

Maddə 71 – İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi

Azərbaycan Respublikasının dövlət orqanları, habelə yerli özünüidarəetmə orqanları insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına məsuliyyət daşıyırlar.

NƏTİCƏ

Qısaca,hüquq və ədalət anlayışları bir-birini tamamlayır.Sadəcə onların fərqli xüsusiyyətləri mövcuddur,yəni onlar eyni anlamı ifadə etmir və onlara fərqli aspektlərdən baxılmalıdır.Hüquq üçün əsas məqsəd ədalətdir,lakin hüquq hər zaman ədaləti əks etdirmir.Belə ki,hüquq ədalətə əsaslanaraq bərabərliyi təmin etməli,ədalət isə hüquqi prinsipıərə uyğunlaşmalıdır.Ədalət və hüququn bərabər bir şəkildə icra olunması üçün təkcə qanunlara doğru əməl olunması deyil,cəmiyyətdə mövcud olan fərdlərin düzgün şəkildə mühakimə edilməsi və insanların hüquqi bərabəliyinin təmin olunması əsasdır.

ƏDƏBİYYAT SİYAHISI

• Azərbaycan Respublikasının Konstitusiyası – Bakı, 2009.
• Maddə 25 – Bərabərlik hüququ
• Maddə 60 – Hüquqi müdafiə hüququ
• Maddə 71 – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi
• "Hüquqi Dövlət" – Hüquq və ədalət anlayışları, məhkəmə sisteminin rolu. Səh. 45-60, 112-130
• "İnsan Hüquqları" – Hüquq və ədalət, beynəlxalq hüquq.Səh. 32-48, 98-115
• "Şəriətin Məqsədləri" – İslam hüququnda ədalət və etik əsaslar. Səh. 20-35, 60-75

Qafiyə Rzayeva,

Naxçıvan Dövləti Universitetinin Hüquq fakültəsinin tələbəsi

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri