Icma.az
close
up
RU
Söyüş bloqerləri cavab verəcək: Hüquq və ədalət qarşısında

Söyüş bloqerləri cavab verəcək: Hüquq və ədalət qarşısında

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaricdə fəaliyyət göstərən “söyüş bloqer”lərinin əxlaqazidd davranışları davam etməkdədir. 

Şübhəsiz ki, bu şəxslər törətdikləri qanunsuz əməllərə görə məsuliyyətdən yayınmayacaqlar. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən onlar barəsində istintaq tədbirləri başlanılıb, bəziləri haqqında isə qiyabi məhkəmə hökmləri çıxarılıb. 

Bununla belə, həmin şəxslərin hələ də ölkəyə ekstradisiya olunmaması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Proses çərçivəsində hansı konkret addımların atıldığı və məsələnin qarşısını alan nüansların nələr olduğu maraq doğrurur. 

Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, informasiya texnologiyalarının inkişafı, xüsusən süni zəka və "deepfake" təminatlarının yeni mərhələyə qədəm qoyması müsbət tərəfləri ilə bərabər, həm də çoxsaylı mənfi tendensiyalara yol açıb, internet informasiya resurslarında təhqir, böhtan, o cümlədən şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, bununla da insan hüquq və azadlıqlarının müdafiəsi üçün ciddi təhdid yaradan situasiyaya səbəb olub: 

"Əlbəttə, bu imkanlar, eyni zamanda uzun müddətdir xaricdə, ayrı-ayrı kəşfiyyat strukturlarının himayəsi altında anti-Azərbaycan fəaliyyətin tərkib hissəsinə çevrilib, Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraq və mənafeləri əleyhinə informasiya təbliğatında mühüm alət kimi çıxış edən ünsürlər üçün də fürsətə çevrilmiş, onlar öz çirkab söyüş və təhqir kampaniyalarını tam yeni müstəviyə keçirə biliblər. 

Lakin məlumdur ki, Azərbaycanın qlobal məqamda nüfuz, güc və imkanları əvvəlki səviyyə ilə müqayisə olunmur və xüsusən Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaranan yeni geosiyasi status-kvo, habelə Tramp administrasiyası ilə normallaşan münasibətlər fonunda Qərblə əlaqələrin yeni mərhələyə keçməsi, Azərbaycanın Avropanın özünün bir çox dövlətlərinin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində rol alması fonunda Azərbaycan cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllərin məcmusunu törətməsi şübhə doğurmayan həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi üçün real imkanlar yaradıb". 

Deputat qeyd edib ki, Azərbaycan cinayət-prosessual qanunvericiliyində qiyabi mühakimə imkanlarının təsbit edilməsi, habelə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq standartların gözlənilməsi şərtilə həmin şəxslərin barəsində cinayət təqibinin həyata keçirilməsi və nəticə etibarilə həmin şəxslərin bəziləri barədə məhkəmə hökmünün olması, digərlərinin isə cinayət təqibinin ittiham hökmü ilə yekunlaşması istiqamətində real addımların atılması həmin şəxsləri himayə edən dövlətləri dilemma qarşısında qoyur: 

"Bu isə o deməkdir ki, Azərbaycan məhkəmələrinin insan hüquq və azadlıqlarını, o cümlədən prosessual standartları gözləməklə qəbul etdiyi qərarların icrasını təmin etmək həmin dövlətlərin beynəlxalq hüquqla üzərlərinə götürdükləri öhdəliklərdən biridir. 

Əks halda müvafiq subyektlər qlobal miqyasda cinayətkarları müdafiə edən mərkəzlərə çevrilmiş olacaq. Adıçəkilən təhqir, böhtan mexanizmlərinin və bu mexanizmlərin ucuz aləti olan "mühacir blogerlər"in fəaliyyətinin hər hansı formada effekt verməməsi və Azərbaycanın qlobal miqyasda nüfuz və roluna hər hansı formada təsir etməməsi fonunda, təbii ki, heç bir dövlət Bakı ilə bu cür ucuz alətlərə görə münasibətlərini gərginləşdirmək istəməz. 

Bu isə o deməkdir ki, barələrində ittiham hökmü çıxarılmış həmin şəxslərin Azərbaycana qaytarılması və məhkəmənin hökmünə müvafiq olaraq cəzasının çəkilməsinin təmin olunması üçün çox gözləmək lazım gəlməyəcək". 

Əfsanə Rəcəb 
"Cebhrinfo.az"

Açar sözlər: “Söyüş bloqer”ləri Bəhruz Məhərrəmov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri