Icma.az
close
up
RU
Hüquqdan Kosmetologiyaya: Nigar Rüfətin inam və əzmkarlıqla dolu karyera yolu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Hüquqdan Kosmetologiyaya: Nigar Rüfətin inam və əzmkarlıqla dolu karyera yolu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət gənclərə sevdikləri ixtisasın ardınca getməyi və mübariz olmağı tövsiyə edir. Həyatında etdiyi əhəmiyyətli dəyişiklikdən danışan Nigar xanım, hüquq sahəsindən kosmetologiyaya keçərək uğurlu karyera qurub.

Nigar Rüfət ilk təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində alıb. (Diplom Nº 257917) Universitet illərində və sonrakı dövrdə müxtəlif hüquq sferalarında və məhkəmələrdə işləyib, hətta imkansız insanlara ödənişsiz hüquqi yardım göstərib. Buna baxmayaraq, məhkəmə və bank sistemindəki işlər onu arzuladığı xoşbəxtliyə çatdırmayıb.

"Ədalətli olmağı sevməyim, insanları mühakimə etmək əvəzinə onları dinləməyim, ayrıseçkiliyə qarşı olmağım və həm də anamın arzusunu reallaşdırmaq istəyim məni hakim olmaq xəyalına doğru yönləndirdi. Universitetə yüksək balla qəbul olmaq üçün gecə-gündüz çalışırdım. Qəbul olduğum ilk ildən etibarən müxtəlif hüquq sahələrində və məhkəmələrdə praktika keçməyə başladım.

Bir neçə il ərzində eyni vaxtda həm dərslərə gedir, həm də müxtəlif işlərdə çalışırdım. Universitetdə öyrəndiklərimdən daha çox, praktika zamanı əldə etdiyim təcrübə mənə hüquq sahəsində daha özgüvənli olmağı öyrətdi. Artıq nümayəndə qismində məhkəmələrdə kiçik işlər götürür, vətəndaşları təmsil edirdim. Bu xidmətləri isə əsasən imkansız insanlar üçün tamamilə ödənişsiz edirdim. Bu, həm mənim təcrübə qazanmama, həm də onların problemlərinin həll olunmasına kömək edirdi. Əsasən boşanma, aliment və uşaq himayəsi ilə bağlı işlər üzərində çalışırdım.

Lakin bu proses heç də asan deyildi. Gənc və qadın olduğum üçün qarşı tərəf məni çox vaxt düşmən kimi görür, skeptik yanaşırdı. Bəziləri mənə qarğış edir, bəziləri isə hədə-qorxu gəlirdi. Bu kimi hadisələrə görə məhkəmə sistemindən uzaqlaşmaq məcburiyyətində qaldım və bank sistemində hüquqşünas olaraq işləməyə başladım Bank sistemindəki işin sabit saatları (səhər 9-dan axşam 6-ya qədər) və monotonluğu mənə uyğun gəlmirdi. Hiss edirdim ki, özümü xəyal etdiyim yerdə görmürəm. Bu düşüncələr mənim həyatımda daha böyük dəyişikliklərə doğru ilk addımı atmağıma səbəb oldu. Əvvəllər çox gözəl rəsm çəkərdim həmin vaxtlar isə bütün hobbilərimdən çox uzaqlaşmışdım. Özümü heç xoşbəxt hiss edə bilmirdim.

Bacımın məsləhəti və təkidi ilə ikinci təhsil almağa qərar verdim və ilk olaraq onun yanında işini müşahidə edərək öyrənməyə başladım. Nədənsə beynimdə "Bu məndə alınacaqmı?” sualı yaranmadı. Sanki "Bu işi əla edəcəyəm” inamını Allah ürəyimə salmışdı. Bu güclü inam mənim üçün həm motivasiya, həm də yol göstəricisi oldu.

Elə həmin ildən Kiyevdə yenidən tələbə adını qazandım (Diplom B22 Nº 156916; Azərbaycanda Təsdiqi Nº T 028969). Bir müddət orada qaldım, daha sonra isə tez-tez gedib-gəlirdim. İlk vaxtlar bütün bunlar mənə inanılmaz dərəcədə çətin gəlirdi, lakin zamanla bu sahəni sevməyə başladım. Kiyevdə keçirdiyim günlər, oxuduğum dərsliklər və yaşadığım tipik tələbəlik həyatı mənim baxışlarımı və həyatımı çox dəyişdi. Həmin dövrdə "İnsan istərsə, istədiyi yerə çata bilər” ifadəsini həm tam olaraq dərk etdim, həm də yaşadım.

Universitetdə oxuduğum zaman Kiyevdə müxtəlif kosmetoloji kurslara və seminarlarına da qatılırdım. Kosmetologiyaya aid nə kitab, nə kurs, nə seminar varsa, birini belə qaçırmırdım. Ən əsası isə, bu işin peşəkarı olan bacım Rena Soltanovadan işin bütün əlifbasını və sirrlərini öyrəndim. Bütün sərmayəmi xaricdə keçirilən seminarlara xərcləyirdim ki, heç nədən geri qalmayım və işi mükəmməl öyrənim.

Mənim üçün əsas prinsip budur: bir işi edirəmsə, ya onu mükəmməl etməliyəm, ya da heç etməməliyəm. İlk pasiyentlərim təbii ki, rəfiqələrim oldu. Onların dəstəyi və müsbət rəyləri mənim özümə olan inamımı daha da artırdı.

Əlimə iynəni götürdüyüm an qətiyyən tərəddüd etmədim. İlk işlərim də uğurlu alınırdı. Rəfiqələrim məni o qədər tərifləyirdilər ki, özümə olan inamım daha da artdı. İşlədikcə anladım ki, həqiqətən kosmetologiya bir incəsənətdir. Bu sahə incə ruh, gözəl zövq və mükəmməl əl qabiliyyəti tələb edir.

Pasiyentlərin müsbət geri dönüşlərini gördükcə işimə daha da bağlandım və onu sevdim. Bu çətin yolu üzü ağ keçdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Lakin səmimi deyirəm: əgər bu işin məndə alınmadığını və ya əl işimdə bacarıqlı olmadığımı hiss etsəydim, bir an belə düşünmədən bu sahəni tərk edər və həyatımda üçüncü bir yol açardım.

Düşünürəm ki, kosmetologiya çox qeyri-adi bir peşədir. Bu sahədə alim səviyyəsində biliklərə sahib olsan belə, əgər əl qabiliyyətin zəifdirsə, heç vaxt uğur qazana bilməyəcəksən.

İllər keçdikcə işimdə daha çox praktika qazanaraq öz texnikalarımı və fərqli əl işlərimi inkişaf etdirdim. Bu yanaşma ilə insanların diqqətini çəkməyə müvəffəq oldum. Bu gün, 8 illik təcrübəmə baxmayaraq, kifayət qədər insan məni tanıyır və işlərimi bəyənir. Təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də müraciətlər alıram. Xaricdən gələn çoxsaylı iş təklifləri isə mənim üçün əlavə qürur mənbəyidir.

Hər zaman daha irəli getmək və daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İşimə necə bağlı olduğumu bildirərək, özümü az da olsa sizə tanıtmaq istədim” – deyə o bildirib.

Sonda gənclərə müraciət edən Nigar Rüfət vurğulayıb: "Bir işi ya mükəmməl etməlisiniz, ya da heç başlamamalısınız. İstədiyiniz sahəni seçin, mübariz olun və qarşılaşdığınız çətinliklərə təslim olmayın” – SİZİN NİKOL

Məsimə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see336

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see177

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri