Icma.az
close
up
RU
Hüquqlarını reallaşdırmaq insanın özündən asılıdır, dövlət hüquqların həyata keçirilməsini təmin edir

Hüquqlarını reallaşdırmaq insanın özündən asılıdır, dövlət hüquqların həyata keçirilməsini təmin edir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün Hüquq və İnsan Haqları İnstitutu ilə Medianın İnkişafı Agentliyiunin birgə əməkdaşlığı ilə “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası keçirilib.

Bizimyol.info xəbər verir ki, sessiyada çıxış edən İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışı zamanı bildirib ki, insan hüquqları ictimai münasibətlərin bütün sahələrində fərdin hüquqauyğun səlahiyyətlərini tanıyan, ona təminat verən və onları müdafiə edən dövlətdaxili hüquq normaları, ümumqəbulolunmuş adət və prinsiplər, beynəlxalq insan hüquqları normaları sistemidir: “İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır. Bu hüquqlardan istifadə etmək, öz hüquqlarını reallaşdırmaq insanın özündən asılı olmalı, dövlət isə həmin hüquqların həyata keçirilməsinin təminatçısı kimi çıxış etməlidir. İnsan hüquqları ayrılmazdır. Heç kəs insanı təbii hüquqlarından – yaşamaq, şəxsi toxunulmazlıq, özünün həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və sair hüquqlardan məhrum edə bilməz. İnsan hüquqları təkcə dövləti, hüququ, qanunu, qanunçuluğu, hüquq qaydasını deyil, həm də vətəndaş cəmiyyətinin qiymətləndirilməsi meyarı kimi çıxış edir. Hüquqi dövlətin inkişafı, yetkinliyi, xeyli dərəcədə insan hüquqlarının vəziyyəti, bu hüquqların həcmi, dövlət təminatı və həyata keçirilməsindən asılıdır”.

Vəfaddin İbayev biıdirib ki, insan hüquqları fərdə təkcə dövlətin idarə olunmasında iştirak etmək imkanı vermir, həm də dövlətdən aralanmaq, şəxsi həyat sahəsində özünütəyinetmə, əqidəsini, mülkiyyətə münasibətini müəyyənləşdirmək imkanı verir: “İnsan hüquqları ilə bağlı məsələlərdə dövlətin həmin hüquqlarla qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlət insan hüquqlarının üstünlüyünü tanıyır və bununla da özünün hakimiyyət funksiyalarını məhdudlaşdırır. Ona görə də dövlətin həqiqi təbiəti insan hüquqları vasitəsilə, fərdin cəmiyyətdə yeri və rolu, onun dövlətlə qarşılıqlı əlaqələrində aşkarlanır.

Cəmiyyətin normal həyat fəaliyyətinin təminində insan hüquqlarının əhəmiyyəti nəzərə alınmaqla, onların təminatına, müdafiəsinin mexanizm və prosedurlarına xüsusi diqqət yetirilməlidir. İnsan hüquqlarının müdafiəsinin dövlətdaxili və beynəlxalq mexanizmləri hazırda biri-birini tamamlayır və onların təminin mühüm amili kimi çıxış edir. Ona görə milli qanunvericiliyin insan hüquqlarının beynəlxalq standartlarına uyğunlaşdırılması, milli səviyyədə hüquq normalarının tətbiqi zamanı beynəlxalq mexanizmlər tərəfindən yaradılan təcrübənin nəzərə alınması, qanun normalarınını şərhi zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tətbiqi daim diqqətdə saxlanılmalıdır”.

“Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq həmin konstitusiyada təsbit olunmuş hüquqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunmalıdır. Bunun üçün beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir”-deyə Vəfaddin İbayev vurğulayıb.

Sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavin Natiq Məmmədli qeyd edib ki, tədbirin mövzusu Konstitutsiya və Suverenlik ili ilə əlaqəli seçilib.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun insan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi eksperti Zümrüd Əlizadə universal insan hüquqları və Azərbaycan Respublikasının 1995-ci il Konstitutsiyası mövzusunda danışıb. Təlimçi mətbuat azadlığından, eyni zamanda qələmə alınmasında məhdudiyyətlər olan mövzulardan söz açıb.

Daha sonra institutun təlimçisi Heydər Əliyev, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı milli və beynəlxalq hüquq müdafiə mexanizmləri mövzusunda danışıb. Tədbir çərçivəsində mövzu çərçivəsində müzakirələr aparılıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri