Icma.az
close
up
RU
Hüququn bərabər tətbiq olunması, sistemin etibarlılığının əsas göstəricisidir AÇIQLAMA

Hüququn bərabər tətbiq olunması, sistemin etibarlılığının əsas göstəricisidir AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Yayılan məlumatlar və ekspert rəyləri çox vaxt qanun layihələrinin özü ilə tam uyğun olmur. Çünki qanuna görə layihələr yalnız Milli Məclisin saytında dərc edilməlidir. Təcrübədə isə media və sosial platformalarda müxtəlif “paketlər”, vergi dəyişiklikləri və digər qanun maddələri haqqında məlumatlar yayıldıqda, ekspertlər buna əsaslanaraq rəy verir, amma bu, düzgün yanaşma deyil. Qanun layihəsini görmədən qərar vermək mümkün deyil”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 
O, bildirib ki, məsələ təkcə məlumatın dəqiqliyi ilə bitmir:
“Azərbaycanda məhkəmə sistemi ilə bağlı da ciddi problemlər müşahidə olunur. İnsanlar qanunsuz və əsasız məhkəmə qərarları ilə cəzalandırılır, bəzi şəxslər isə eyni hallarda amnistiya və ya güzəşt imkanlarından faydalanır, digərləri yox. Bu, hüquqi sistemdə bərabərliyin pozulduğunu göstərir”.
Vəkil bildirib ki, inkişaf etmiş ölkələrdə belə hallara nadir hallarda rast gəlinir:
“Azərbaycanda isə məhkəmə qərarlarının tətbiqində subyektivlik və korrupsiya riskləri yüksəkdir. Qanunun hamı üçün eyni şəkildə tətbiq olunmaması, bəzi şəxslərin hüquqlarının pozulması və ayrı-seçkilik hallarının mövcud olması ciddi narahatlıq doğurur”.
Onun sözlərinə görə, yayılan məlumatlar və qanun layihələri ilə bağlı anlaşılmazlıqlar, həmçinin məhkəmə qərarlarının ədalətsiz tətbiqi, hüquqi sistemin şəffaflığı və etibarlılığı barədə suallar yaradır:
“Hüquqi qaydaların hamı üçün bərabər tətbiq olunması, sistemin etibarlılığının əsas göstəricisidir”.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri