Icma.az
close
up
RU
Hürr ün təqdimatı olub

Hürr ün təqdimatı olub

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“LİBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında "TEAS Press” Nəşriyyat Evinin keçirdiyi "Gənclərin roman müsabiqəsi - 2"nin qalibi olan Xanın (Orxan Həsənlinin) "Hürr" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasiminə kitab blogerləri, mütaliə sevərlər, müsabiqənin münsiflər heyətinin üzvləri, ədəbi ictimaiyyət və mətbuat nümayəndələri, həmçinin kitabın ərsəyə gəlməsində əməyi olan "Teas Press" nəşriyyatının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Teas Press"in marketinq meneceri Afaq Hüseynəliyeva nəşriyyatın artıq bir ənənəyə çevrilən gənclərin roman müsabiqəsinin məqsədlərini və əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “TEAS Press” nəşriyyat evi bu müsabiqələri keçirməklə ədəbiyyata gənc istedadların və xüsusən yeni imzaların gəlişinə geniş imkanlar yaratmaq, bununla da ölkədə romançılığın inkişafına öz töhfələrini vermək niyyətindədir. Afaq xanım dinləyicilərin nəzərinə nəşriyyatın ilk roman müsabiqəsi ilə hazırkı roman müsabiqəsi arasındakı kəmiyyət və keyfiyyət fərqlərini çatdıraraq, bu göstəricilərin layihənin uğurla davam etməsinin sübutu olduğunu vurğuladı.

Tədbirdə münsiflər heyəti adından ədəbiyyatşünas, esseist və tərcüməçi Seyfəddin Hüseynli çıxış edərək müəllifin yaradacılığının fərqli xüsusiyyətləri, qalib seçilmiş əsərin məziyyətləri barədə fikirlərini bölüşüb. 

Teleaparıcı İlkin Həsənli, rejissor və aktyor Taleh Yüzbaşov, reper ProMete və başqaları Xanı yeni uğur münasibətilə təbrik edib, ailiyyətlərinin davamlı olmasını diləyiblər.  Çıxışlarda bu roman əsasında maraqlı bir teleserial çəkilməsinin çox uğurlu olacağına inam ifadə edilib.

"Hürr" romanının müəllifi Xan gənc yazıçıları yaradıcılığa ruhlandıran roman müsabiqəsinə görə "TEAS Press" nəşriyyatına təşəkkür edib, roman üzərində iş prosesi haqqında danışıb. Sonra müəllif kitabın məzmunu və daxili simvolikası ilə bağlı sualları cavablandırıb və oxucular üçün kitablarını imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri