Hürriyyətin yazısına Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən REAKSİYA
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hurriyyet.az saytında dərc olunan “ERMƏNİLƏR AYAĞINDAN GÜLLƏLƏDİYİ ÜÇÜN PENSİYA ALIRDI, AMMA... - Laçın sakini pensiyasının kəsilməsinə etiraz edir” sərlövhəli yazıya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən cavab verilib.
Xatırladaq ki, Ağdam rayonunun Çəmənli kənd sakini 4 ildir ki, pensiyasının kəsilməsindən şikayətlənirdi.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun cavabını olduğu kimi dərc edirik:
"Ağcabədi rayon sakini 20.09.1976-ci il təvəllüdlü Qələndərov İlqar Vahid oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib.
Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.
Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək".
Aynurə MUSTAFAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Yanvar 2025 03:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















