Icma.az
close
up
RU
Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II yazı

Hüseyn Cavid o məsələdə haqlı idi ki, Yaradanı dərk etmə yolunda fərqliliyin təməlini ilk növbədə, özünü Yaradanın elçisi hesab edən peyğəmbərlər və onların müridləri qoymuşlar. Daha sonra da, peyğəmbərlərin yolundan ayrılanların hər biri də bir məzhəb icad etmiş, yalnız özlərinin doğru yolda oldğunu iddia edib Haqqın onunla olduğunu söyləmişlər. Beləliklə, müxtəlif məzhəblər və firqələr ortaya çıxmış, hər öz cığrını açmış, bu yolda öz həmfikir­lərinə belə düşman olmuş və son nəticədə Yaradanın dərkinə münasibətdə antaqonist mülahizələr irəli sürülmüşdür. O, yazırdı:

Firqələr təşkil edilmiş anbaan,

Olmamış əskik niza heç bir zaman.

İzələyib hər firqə çıqmaz bir cığır,

Bir dügün-dərnək qurulmuş zırhazır.

Hər kəs uymuş kəndi sərsəm fikrinə,

Düşman olmuş çoqları öz həmfikrinə.

Eyləmiş hər kəs təsəvvür, qayəsiz,

Başa yol, bir başqa xaliq, başqa iz.

Hər kəs aldanmış da sapmış bir yana,

Bin çeşid bütlər yapıb tapmış ona.

Hər kəsin ruhunda bir xaliq gülər,

Öylə bir xaliq ki, xəlq etmiş bəşər.[1]

Deməli, iki cür Xaliq var: əsil Xaliq və insanların yaratdığı “xaliqlər”. Belə anlaşılır ki, insanların böyük çoxu əsil Xaliqi bir kənara qoyub özlərindən uydurduqları “xaliqlər”ə tapınırlar. Əsil Xaliqlə insanların uydurduğu “xaliqlər” arasında isə daban-dabana ziddiyyətlərlə yanaşı bəzi oxşarlıqlar da vardır. Cavid yazırdı:

Pək tühaf!...Bir firqə digər firqənin

Xaliqindən diksinib olmaz əmin.

Halbuki, hər kəscə Haq bir, Tanrı bir...

Ya bu sərsəmlik, bu azğınlıq nədir!?

Bir yığın insan arar zülmətdə nur,

Bir yığın: haq bizdədir, söylər durur.

Bir güruh eylər pərəstiş vəhdətə,

Bir güruh eylər təməllüq kəsrətə.

Hər kəs artıq izləyib bir yol gedər,

Əyri, düz, çirkin gözəl – iman edər.

Cahil – arif, bir çoban – bir feyləsuf

Kəndini sanmaqda... ərbabi-vüquf.[2]

Cavidə görə, insanlar özlərindən uydurduqları “xaliqləri”nə və həmin “xaliqlər”lə bağlı tutduqları yollarına o qədər inanmışlar ki, əsil Haqq yenidən təcəssüm etsə belə, onlar öz yollarından artıq geri dönməyəcəklər. O, yazırdı:

Hər kim əvvəldən inanmış hər nəyə,

Bir də ram olmaz o digər bir şeyə.

Haq təcəssüm etsə birdən həpsinə,

Tutduğundan kimsə vaz keçməz yenə.

Çünki pək gücdür unutmaq keçmişi,

Həm düşünmək istəməz bir çoq kişi.

Hökm edər “mazi” bütün vicdanlara,

“Əskilik” eylər nüfuz izanlara.

Əski adətlər birər zəncir olub,

Dəmbədəm etməkdə təsxiri-qülub.

Sorsalar: dünyada kimdir hökmdar?

Bən derim: ölmüşlər, ölmüş duyğular.[3]

Bütün bunlardan çıxış yolu odur ki, insan yanlış fikirlərdən, adətlərdən əl çəkib yeniləşməklə, əsil Xaliqin varlığını insan öz qəlbində aramaqla doğru qərar vermiş olar. Bir sözlə, şübhələrdən qurtulub yenidən əsil Yaradana dönmək lazımdır. O, yazırdı:

Şübhədir, hər həqiqətin anası,

Şübhədir əhli-hikmətin babası.

Şübhə etməkdə haqlıdır insan,

Çünki hər kəscə bəllidir: Yaradan

Hər zaman, hər tərəfdə nurəfşan,

Fərqsiz onca həp zamanü məkan.

Ona məxsus yoqsa bir məva,

Ərşə çıqmaqda varmı bir məna?[4]

Bu baxımdan onun fikrincə, İslamda, Xristianlıqda öz əksini tapan bəzi məsələlərə, xüsusilə peyğəmbərlərin meracda olmasına, tövhidə insanların birmənalı yanaşmaması kafirliklə deyil, həqiqəti axtarmaqla bağlıdır. O, yazırdı:

Kim ki, Allahı istiyor görmək,

Arasın qəlbi-tabnakində,

Arasın ruhi-pakində,

Hər kimin qəlbi, ruhu düzgündür,

Daima hiss edər də haqqı görər.

Feyləsufanə ruha malik olan

Yaşamaz ayrı hərgiz Allahdan.[5]

H.Cavidin fikrincə, insanlar etdikləri səhvlərə, günahlara görə dinlər, eləcə də dinlərin yayıcıları peyğəmbərlər qarşısında deyil, yalnız vicdanları və Tanrı qarşısında cavabdehlik daşıyırlar. Bununla da Cavid demək istəyir ki, ürəyində əsil Allah sevgisi olan hər bir kəs doğru yoldaddır. Kim doğru yolda deyilsə, deməli onun ürəyində Allah sevgisi də yoxdur. O, yazırdı:

Əmin ol, nerdə nəfs olmuşsa hakim;

Həqiqi eşqi məhv etmiş məzalim.

Kimin ülviysə ruhu, söz onundur,

Əsiri-nəfs olan daim zəbundur.[6]

Bir qədər də dəqiqləşdirsək görərik ki, bir yandan insan Yaradanın olub-olmamasının axtarışındadır, digər tərəfdən Yaradanın olmasını qəlbində tapsa belə, bundan sonra da Onu nə dərəcə də dərk edib-etməməsinin intizarındadır.

Cavidin “Peyğəmbər” əsərinin mahiyyətində də, əsas məsə­lə kimi Tanrı-İnsan, Tanrı-Cəmiyyət, Tanrı-Dünya münasibətləri durmuşdur. İnsanların insanlıqdan, cəmiyyətin dəyərlərdən uzaq düşüb dünyanı zülmət, cəhalət bürüdüyü bir zamanda meydana çıxan Peyğəmbərin əsas məqsədi bəşəriyyətə ümid olmaqdır. Bu anlamda Cavidin peyğəmbərin dilindən dedikləri çox ibrətamizdir:

Öylə bir əsr içindəyəm ki cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız...[7]

O, inanırdı ki, dünyanın və insanın xilası Tanrıya sevgidə, eşqdə, məhəbbətdədir. Ancaq Tanrıya sevgi həm də Kainata və İnsana sevgidir, yəni bu bir bütöv sevgidir. O, peyğəmbərində məhz bu hisslərlə yaşadığına, mücadilə verdiyinə inanırdı:

Mən məhəbbət əsriyəm... hər an,

Hər zaman özlərin bir öylə cihan

Ki, bütün kainatı eşq olsun.

Könül uçduqca etila bulsun.

Rəqs edib orda möhtəşəm bir hiss,

Yasa batsın da, ağlasın iblis.

Qandan əsla görünməsin də əsər,

Saçsın al qönçələr şəfəqli səhər.

Orda yüz bulmasın işgəncə, kədər,

Oqşasın ruhu pənbə röyalər.

Bana gülsün də həp o nazlı xəyal,

Ah, o, yalnız o qayeyi-amal... [8]

Şair-filosofa görə, Tanrı, Təbiət (Kainat) və İnsan arasında bütünlüyü yaradan sevgi olduğu üçün, xilas yolu yalnız ilahi eşqdədir. Kainatdakı ən kiçik zərrəcikdən ən böyük aləmə qədər, o cümlədən İnsan Tanrı eşqilə yaşayırlar:

Ən kiçik zərrə, ən böyük aləm

Tanrı eşqilə rəqs edib duruyor.

İncə bir rəmzdir o, pək mübhəm,

Hər böyük qəlb o rəmz üçün için vuruyor.

Yüksələn Haqqa yaqlaşır ancaq.

Onu duymaz sürüklənən həşərat.

Bir günəşdir o, möhtəşəm, parlaq,

Nuri hiç dərk edərmi kor, heyhat!

Nerdə parlasa haq, şərəf, vicdan,

Eyilik, doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman:

Orda var şübhsəiz böyük Yaradan![9]

Cavidin bu əsərdə gəldiyi əsas nəticə odur ki, Peyğəmbər bir əlində Allahın kitabı, digər əlində qılıncla ədalət, sosial bərabərlik, insanlıq uğrunda mübarizə aparmışdır.[10] O, yazırdı:

Şu qılıc! Bir də şu mənalı kitab!

İştə kafi sizə... Yoq başqa xitab.

Açar ancaq şu kitab el gözüni,

Siləcəkdir şu qılıc zülm izini.

Haq, vətən, zevqi-səadət, cənnət

Həp qılıc kölgəsi altında əvət.

O da bilgiylə fəqət qiymət alır,

Bilgisiz bir qılıc er-gec qırılır.

Kəsbi-irfan için erkək və qadın

Çalışın. Qəbrə qədər həp çalışın.

Gərçi xilqətdə bəşər birsə, yenə

Eş deyil bilməyən əsla bilənə.

Kişi irfan ışığından parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Əvət, arif düşünür, haqqı bulur,

Aqibət kəndisi bir Tanrı olur. [11]

[1] Yenə orada, s.86

[2] Yenə orada, s.86

[3] Yenə orada, s.86-87

[4] Cavid H. Əsərləri. Beş cilddə, II cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.112

[5] Yenə orada, s.113

[6] Cavid H. Əsərləri. Beş cilddə, I cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.29

[7] Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.145

[8] Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.147-148

[9] Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.162

[10] Osmanlı Vəli. Azərbaycan romantizmi. I cild. Bakı, “Elm”, 2010, s.102

[11] Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı, “Lider nəşriyyat”, 2005, s.251

Facebook WhatsApp Telegram Twitter Share


OXŞAR XƏBƏRLƏR

Tanrının qırmancı - Atilla

09:41

Qərib nənənin qərib nəvəsi - Əli Tudə Cavadzadə

09:14

Rəssam Nəvai Metinin könül atlasından – GÜLƏN ADAMLAR

3 Dekabr 10:44

Cavid Fərzəli: QARAGÖL poeması

2 Dekabr 10:42

Bir daha Himnimiz haqqında

2 Dekabr 10:38

Balaş Azəroğlu və Mədinə Gülgün

2 Dekabr 10:15

İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti

2 Dekabr 09:56

Tanrının qırmancı - Atilla

2 Dekabr 09:23

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

2 Dekabr 09:11

Sərhədləri aşan ədəbi dialoq

30 Noyabr 23:52

Könül sərgisi – SEVGİ PALİTRASI

30 Noyabr 17:48

Dövlətin dağlara dönüşü…

25 Noyabr 14:17

Bir daha Himnimiz haqqında

25 Noyabr 11:40

Bir kompozisiyanın tarixçəsi

25 Noyabr 10:38

Nizami Gəncəvinin əsərlərində tarixi paralellər və müəllifin dövrə baxışı

25 Noyabr 10:36

Birinci Türkoloji qurultayın Yakutiyadan olan xadimləri

25 Noyabr 10:34

Ədəbiyyatdan nəzəriyyəyə... - Nəzəriyyədən ədəbiyyata...

25 Noyabr 10:30

Fətəli Xan Xoylunun həyatı və ictimai-siyasi fəaliyyəti

25 Noyabr 09:26

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Azərbaycan əsgəri sərhəddə patronsuz dayanıb?

10:15

Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır – TARİX

09:34

Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq

09:06

"Mən hadisənin birbaşa iştirakçısıyam" – 20 Yanvar faciəsinin qatili danışdı – VİDEO

8 Dekabr 17:56

Krediti olan pensiyaçıların NƏZƏRİNƏ: Təqaüdünüzdən bu qədər pul tutulacaq

8 Dekabr 15:22

Əraqçi: Aramızda fikir ayrılıqları olsa da...

8 Dekabr 14:06

SON XƏBƏRLƏR

Qəhrəman şəhidimiz: Torpaqlarımızı işğaldan azad edib, bayrağımızı orada dalğalandıracam"...

11:00

Pakistan: Əfqanıstan seçim etməlidir

10:33

Makron: Ukrayna bizim dəstəyimizə arxalana bilər

10:28

Əhaliyə xəbərdarlıq - Bu tarixdə çölə çıxmayın!

10:27

Şara ruslardan gələn mesajı açıqladı: Dayan yoxsa, gərginlik artacaq!

10:26

Azərbaycan əsgəri sərhəddə patronsuz dayanıb?

10:15

ÇL: Bu gün 9 oyun var...

10:07

Dovşan əti yemək haramdır? - AÇIQLAMA

09:43

Tanrının qırmancı - Atilla

09:41

Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır – TARİX

09:34

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

09:28

Vanqanın dünya üçün 2026-cı il XƏBƏRDARLIĞI

09:27

Azərbaycanla Ermənistan hələ qərar verməyib

09:21

Qərib nənənin qərib nəvəsi - Əli Tudə Cavadzadə

09:14

Bayram süfrəsi açmaq üçün bu qədər məbləğ lazımdır – Qiymətlər əl yandırır...

09:11

Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq

09:06

Daha bir həmyerlimiz Rusiya-Ukrayna savaşında həlak oldu

09:03

Bu fənn üzrə dərs saatları artırılacaq - Emin Əmrullayev AÇIQLADI

8 Dekabr 23:49

Sülh planı yekunlaşdırılır, ABŞ-a göndəriləcək - Zelenski

8 Dekabr 23:27

"Müharibəni uzatmaq Rusiyaya baha başa gələcək" - Fon der Lyayen

8 Dekabr 23:15

"Veteran pulu" ilə bağlı xoş xəbər

8 Dekabr 23:05

Nə Hyundai, nə də Tesla! Budur dünyada ən çox satılan avtomobil

8 Dekabr 22:15

Azərbaycanda yeni qadağa narazılıq yaratdı: icazə almalısınız – TARİX

8 Dekabr 22:14

Əkrəm İmamoğlunun diplom işi təxirə salındı! Qərarı eşidəndə 2 cümlə dedi

8 Dekabr 22:04

Orban: Türkiyə bunu etməsəydi, Avropa yaşamaq üçün yararsız hala düşəcəkdi!

8 Dekabr 21:46

Kəbəyə gedənlər diqqətli olsunlar! Bundan sonra qadağan olunacaq

8 Dekabr 21:37

Azərbaycandan neft alınmasına İrəvandan İLK REAKSİYA

8 Dekabr 21:17

Zelenski: Biz Donbas məsələsində razı deyilik

8 Dekabr 21:15

Ramil Səfərovun hərbi rütbəsi artırıldı

8 Dekabr 21:13

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

8 Dekabr 21:08

Zelenski: Ukrayna, Avropa və ABŞ arasında birlik bu gün vacibdir

8 Dekabr 21:06

Tramp və Netanyahu dekabrın 29-da görüşəcəklər

8 Dekabr 20:55

Ərdoğan Viktor Orban ilə görüşdü

8 Dekabr 20:49

Ərdoğandan Suriya açıqlaması: "İnqilabın birinci ildönümünü təbrik edirəm"

8 Dekabr 20:43

Britaniyalı müxalifəti: Tramp Ukraynanı satdı

8 Dekabr 18:23

ABŞ Şimali Koreyaya qarşı hərəkətə keçəcək? - Vaşinqton AÇIQLADI

8 Dekabr 18:07

"Mən hadisənin birbaşa iştirakçısıyam" – 20 Yanvar faciəsinin qatili danışdı – VİDEO

8 Dekabr 17:56

İlham Əliyev Slovakiyaya GETDİ – FOTO

8 Dekabr 17:53

Tövlələrə də icazə gəlir: Bəs varlıların ferması?

8 Dekabr 17:43

Bu ölkə ABŞ-yə qarşı hərəkətə keçdi

8 Dekabr 17:17

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki… – Şahbaz Şərif əsəbiləşdi

9 Noyabr 15:59

Təyyarəni Rusiya vurub? - “Moskva və Tehran istəməz ki...” – “Kod”lar açılır

13 Noyabr 15:29

Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”

17 Noyabr 15:19

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

9 Noyabr 23:47

Narahat olmalısınız! Əliyev buranı da nəzarətə alır – Şevçenko

14 Noyabr 00:34

Ölkəyə gətirilən “monqol əti” ilə bağlı RƏSMİ AÇIQLAMA

9 Noyabr 12:24

Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub... + FOTO

16 Noyabr 12:57

Türkiyə Müdafiə Nazirliyi təyyarədə olan hərbçilərin sayını açıqladı

11 Noyabr 18:27

Paşinyan Azərbaycandan bu əraziləri tələb etdi: Geri almalıyıq

9 Noyabr 09:48

Gəncədən qalxan Türkiyə təyyarəsi niyə qəzaya uğradı? – General

11 Noyabr 18:48

Salam, Aktau! - Azərbaycanlı şairdən qardaş Qazaxıstana təşəkkür

10 Noyabr 14:49

Rəsul Quliyevlə bağlı xəbər çaşqınlıq yaratdı – Nə baş verir?

10 Noyabr 16:39

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

12 Noyabr 11:19

Aysel Xanlarqızı Səfərlinin “Maestro” şeirinə ədəbi-emosional təhlil

12 Noyabr 21:40

PrevNext

Dekabr 2025

B.E.Ç.A.Ç.C.A.C.Ş.B.12345678910111213141516171819202122232425262728293031    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri