Icma.az
close
up
RU
Hüseyn Həsənov üçün 6 il həbs tələbi 155 milyon cərimələnə bilər

Hüseyn Həsənov üçün 6 il həbs tələbi 155 milyon cərimələnə bilər

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov üçün 6 il azadlıqdan məhrumetmə və 155 milyon rubl (təxminən 3.3 milyon AZN) cərimə cəzası istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs beynəlxalq axtarışda olduğu və xaricdə gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İşin materiallarına görə, 2019-2021-ci illər ərzində H. Həsənov büdcəyə 175 milyon rubl (təxminən 3.8 milyon AZN) vergi ödəməyib və bu vəsaitin bir hissəsini daşınmaz əmlaka yatıraraq leqallaşdırıb. Borcunu sonradan ödədiyiüçün vergidən yayınma ittihamı üzərindən götürülüb.

Hazırda BƏƏ-də yaşadığı ehtimal edilən bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rubla yaxın ödəniş edərək borcunu tam bağlayıb.

Qeyd edək ki, 1994-cü ildə Sankt-Peterburqda doğulan bloqer 2020-ci ildə təşkil etdiyi “Milyonçunun təfəkkürü” onlayn kurslarına görə dələduzluqda ittiham olunaraq qalmaqalla gündəmə gəlmişdi. 20 milyondan çox izləyicisi olan H. Həsənovun adı daha əvvəl də müxtəlif qalmaqallarda hallanıb. Belə ki, azərbaycanəsilli bloqer bundan öncə 2 dəfə Rusiyada axtarışa verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri