Icma.az
close
up
RU
“Hüseyni tanımıram, gedib toyunu çalsın, onun dünyadan xəbəri yoxdur” ÖZƏL+FOTO

“Hüseyni tanımıram, gedib toyunu çalsın, onun dünyadan xəbəri yoxdur” ÖZƏL+FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı “"Heç bir opera müğənnisi bu operanı belə təmiz oxumur" açıqlamasını  tənqid edib. Moderator.az-a açıqlama verən İntiqam Kərimov Hüseyn Məhəmmədoğlunun ittihamları ilə razılaşmayıb:

“Mən Hüseyni tanımıram. Bircə onu bilirəm ki, Hüseynin klassik musiqiyə heç bir aidiyyatı yoxdur. O deyir və iddia edir ki, mən heç nə oxumamışam. Mən nə edim ki, onun dünyadan xəbəri yoxdur? Ona heç cavab vermək istəmirəm. O deyir ki, Elçin Cəlilovun oxuduqlarının bir faizini oxumamışam. Elçin muğam oxuyan idi. Mənimlə qonşu olub. Elçinin bütün klassik əsərlərini onunla birgə mən işləmişəm. 3-4 il ona mən “Sənsiz”, “Bəxtəvər oldum”, “Aşıqvari” və s.operaları öyrətmişəm. Mənim oxuduğum operaların hamısını oxuyan müğənni Azərbaycanda heç yoxdur. Bunu biləsiniz! Hüseyn kimdir? Onun opera musiqisindən nə anlayışı var? Bu mövzu haqda danışanların heç biri klassik müğənnilər deyil. Mənim tay-tuşum, operanı bilənlər danışsa mənə təsir edərdi. Sadəcə olaraq hansısa klarnet, toyxanada sintezator çalan nəsə deyir! Yaxşı edir, Allah köməyi olsun, məni reklam edir. Söz verdim və bu qız ariyanı oxudu. Onun arxasındayam! Keçib dayanmışam kənarda! Mən demirəm ki, Vəfa Mariya Kallasdır. Heç Hüseyn bilir ki, Mariya Kallas kimdir? Dünyanın ən böyük səsli qadın müğənnisi olub. Toy çalan gedib toyunu çalsın. Oxuduğum rollar, oynadığım tamaşalar çoxdur” deyə müğənni bildirib.

İntiqam Kərimov deyir ki, indiyə qədər toylara getməyib:

“Qoy danışsınlar. Mən bildiyimi edirəm. Mən xaricdən Azərbaycana 1980-ci illərdə diplomlar gətirmişəm. Bu danışan insanların heç biri xaricdə olmayıb. Mən bu əsərləri oxuyanda indi danışanların heç biri bu sənətdə yox idi. Hamısı 10-15 ildir gəliblər sənətə. SSRİ-nin Mədəniyyət Nazirinin imzası ilə mükafatlar almışam. Mən həyatımı musiqiyə, mədəniyyətə həsr etmişəm. Həyatım boyu toylara getməmişəm. Amma heyf, gərək gedərdim. İndi bəlkə də milyoner idim. İndi də gətirib evdə pul təklif edirlər ki, toya gedim, amma istəmirəm. Xoşlamıram ki, kimsə mənim cibimə pul qoysun. Mən bunu qəbul edə bilmirəm. Amma gedəcəyəm toylara. Dişimi-dişimə sıxıb gedəcəm. Mən bir şeyi başa düşdüm ki, pul hər şeyi həll edir” deyə müğənni bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri