Icma.az
close
up
RU
Hüseynov qardaşları Kasparovla niyə görüşüblər? KONKRET

Hüseynov qardaşları Kasparovla niyə görüşüblər? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddətdir Emin və Mehman Hüseynov qardaşlarının siyasi mübarizə çərçivəsini aşan və söyüş ritorikasına əsaslanan fəaliyyətləri müzakirə olunmaqdadır. Açıq şəkildə görünür ki, Azərbaycan dövlətinə qarşı sistemli və total informasiya xətti formalaşdırılıb.

Və bu xəttin üzvləri əxlaqi keyfiyyətlərdən uzaq – amoral, milli-genetik kimliyi əsaslı suallar doğuran, erməni təşkilatlarının koordinasiyalı təsiri altına düşən və hətta ən elementar mənəvi-mental dəyərlərdən imtina edən şəxslərdən təşkil olunub.

Hədəfləri bəllidir: Azərbaycan Prezidentinin, onun ailə üzvlərinin və bütünlükdə dövlət atributlarının təhqir olunması, bununla da aqressiv kütlədə dövlət aparatına qarşı etimadsızlıq immuniteti formalaşdırmaq, dəyərlərin aşağılanaraq adiləşdirilməsi və dövlət sisteminə qarşı “istənilən mübarizə üsulu”nun tətbiq olunmasının mümkünlüyünü təbliğ etmək.

Prezident İlham Əliyev başda olmaqla, atributların mənəvi və hüquqi müstəvidə qorunması dövlətin, hər bir vətəndaşın strateji hədəfi olmalıdır. Hər hansı videolara baxıb “pıçı-pıçı” ilə danışmağın yox, ortaya mövqe qoymağın zamanıdır.

Mehman Hüseynov çıxışında ona ötürülən məlumatların rus dilində yazılmış mətnlərdən ibarət olduğunu deyir. Rusiya ilə münasibətlərin heç də yaxşı olmadığı bir ərəfədə Azərbaycana qarşı “kompromat”ların məhz bu ölkənin xüsusi xidmət orqanlarından ötürüldüyünü etiraf etmək də məsələnin maraqlı tərəfidir. Amma necə olur ki, xüsusi xidmət orqanları dövlət atributlarının təhqir olunmasını məhz sizə – iki qardaşa həvalə edir?! Sizdə hansı “keyfiyyət”lər var ki, onların tələblərinə cavab verirsiniz!?

Hüseynov qardaşları paralel olaraq, “maraqlı” bir xətt də nümayiş etdirirlər. Məsələn, kim Prezidenti və öz dövlətini müdafiə edəcəksə, Mehman o adamların da şəkillərinin göstərərək söyməli və bunula da dövlətin ideoloji cəbhədəki fəaliyyətini də tərksilah etməlidir. Özləri açıq etiraf etməsələr də, söyüşlə insanları öz dövlətinin müdafiəsindən çəkindirməyə çalışırlar. Yəni, “heç kəs özünü söydürmək istəməyəcək” ümidi ilə “söyüş arxitekturası” qurublar.

Bir müddət əvvəl Hüseynov qardaşlarının şahmatçı HARRİ KASPAROVla görüşməsi də çox maraqlı məqamdır. Bu görüşün təlimatları, səbəbləri və öhdəlikləri də tezliklə ortaya çıxacaq.

Bir şey aydın görünür: nə qədər özlərini neoliberal libasında sırımağa çalışsalar da, onların addım-addım əsl simalarını ifşa edirlər. Erməni lobbisinə xidmət edən, Azərbaycanın getdikcə münasibətlərinin korlandığı Rusiyanın xüsusi xidmət orqanlarının agentinə çevrilən bu adamların etdikləri Vətənə xəyanətdən başqa bir şey deyil.

Hüseynovların anlamadığı, lakin ciddi müşahidə olunan mənzərə tamam başqadır: Azərbaycan dövləti bütün bu şantajların qarşısında aciz deyil.

Əgər Azərbaycan xalqının bir hissəsi – diasporası, siyasətçiləri, jurnalistləri, həkimləri, müəllimləri, alimləri, idmançıları, qaziləri, şəhid ailələri “mənəvi səfərbərlik” elan etsələr, nə Hüseynov qardaşları, nə də onları “kompromat”larla təmin edən şəxslər bu prosesin qarşısında dura bilməyəcəklər. Yəni, proses göründüyü kimi sadə deyil, sadəcə Azərbaycan ictimaiyyəti bütün bu məsələlərə hələki əxlaqi çərçivədə reaksiya verir.

Müəllif: Samir Feyruzov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri