Icma.az
close
up
RU
Husilər ABŞ ın Təl Əvivədəki təyyarədaşıyan gəmisini vurublar

Husilər ABŞ ın Təl Əvivədəki təyyarədaşıyan gəmisini vurublar

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Yəmənin üsyançı Ənsar Allah hərəkatından husilərin yaratdığı silahlı qüvvələr Təl-Əvivdəki hərbi obyektə zərbələr endirib və Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan qrupuna hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə edib.

Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi sözçüsü Yəhya Sariya çıxış edib.

“Silahlı qüvvələr Yaffa tipli pilotsuz uçan aparatdan istifadə edərək işğal altındakı Yaffa bölgəsində (Tel-Əvivi nəzərdə tutur) İsrailin hərbi obyektinə zərbələr endirilməsi əməliyyatı keçirib”, - deyə bəyanatını Yəmən üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı yayımlayan Sariya bildirib.

Ənsar Allah hərbi sözçüsü bildirib ki, onlar, həmçinin Qırmızı dənizin şimalında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Harry Truman"ın başçılıq etdiyi döyüş gəmisinin bir sıra gəmilərinə hücum ediblər. "Zərbələr pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib", - deyə Sariya qeyd edib.

Martın 15-də ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husilərin hədəflərinə hücum etməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.

Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələrdən istifadə edərək silsilə hücumlar həyata keçirib. Zərbələr nəticəsində gəmiyə dəyən ziyan barədə məlumat verilməyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri