Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini vurduqlarını iddia ediblər
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında yazıb.
“Yəmən silahlı qüvvələri son 48 saat ərzində ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd yüksək dəqiqlikli hərbi əməliyyat keçirib. Əməliyyatlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinin binasına qarşı yönəlib”, – deyə o bildirib.
Səriə husilərin ölkənin qərbində yerləşən Yanbu şəhərində Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun infrastrukturuna hücum etdiyini də bildirib.
Bu mövzuda digər xəbərlər:Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini vurdu
27 Oktyabr 2026 18:10
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
11 Sentyabr 2026 20:10
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
23 İyul 2026 03:17
Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum ediblər
26 Oktyabr 2026 09:29
Husilər Səudiyyə Ərəbistanının Sənaya 26 aviazərbə endirdiyini iddia ediblər
03 Oktyabr 2026 21:39
Baxış sayı:72
Bu xəbər 22 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















