Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
Icma.az, Apa.az saytına istinadən bildirir.
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) sentyabrın 3-dən etibarən Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin qarşısının alınması məqsədilə 32 əməliyyat keçirdiyini və 9 hava gəmisini vurduğunu iddia edib.
APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
“Silahlı qüvvələr Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin qarşısının alınması üzrə 32 uğurlu əməliyyat keçirib və onlardan doqquzunu vurub”, – o deyib.
Yəhya Səriya həmçinin Yəmənin qərb sahilində aparılan hərbi əməliyyatlar zamanı yüzlərlə Səudiyyə Ərəbistanı hərbçisinin öldürüldüyünü, yaralandığını və ya əsir götürüldüyünü iddia edib.
Husilərin nümayəndəsinin sözlərinə görə, “Ənsar Allah” sentyabrın 3-də Səudiyyə Ərəbistanı qüvvələrini Yəmənin qərb sahillərindən çıxarmaq məqsədilə hərbi əməliyyata başlayıb. O, əməliyyatın başlamasını son illər Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin qərb sahilindəki yaşayış məntəqələrinə hücumlarının davam etməsi ilə əsaslandırıb.
Səriya iddia edib ki, əməliyyat nəticəsində Səudiyyə Ərəbistanı qüvvələri Taiz və Əl-Hudeydə vilayətlərində ümumi sahəsi 5,4 min kvadratkilometr olan altı ərazidən çıxarılıb.
Husilərin nümayəndəsi Qırmızı dənizdə gəmiçiliyin bütün şirkətlər üçün təhlükəsiz olduğunu, bunun yalnız Səudiyyə Ərəbistanına məxsus gəmilərə şamil edilmədiyini bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı gəmilərinə qarşı blokada rejimi qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















