Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanının dəniz blokadasını pozmasına cavab olaraq iki tankeri vurduqlarını açıqlayıblar.
APA xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Silahlı Qüvvələr tərəfindən tətbiq edilən blokadanı pozan Səudiyyə Ərəbistanının iki neft gəmisinə zərbə endirmək üçün əməliyyat keçirib. Gəmilərdən birinin adı ENCELIA, digərinin adı isə LAYLA idi", -açıqlamada deyilir.
Hərəkatın hücumda dronlardan, eləcə də ballistik və kruiz raketlərindən istifadə etdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Səudiyyə Ərəbistanına aid bir tankerin Əl-Şuqaiq şəhərindən 70 dəniz mili cənub-qərbdə naməlum mərmi ilə hücuma məruz qaldığı barədə xəbər yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 23 İyul 2026 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















