Husilər uçuşların ləğvinə çağırdı: “Vurulacaq”
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatı bir daha aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırıb. Təşkilat krallığın hava limanlarını hava hücumlarının hədəfi elan edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriyə bildirib.
O, “Telegram”-da yazıb:
"Yəmən Silahlı Qüvvələri (Husilər özlərini belə adlandırırlar – red.) bir daha bütün aviaşirkətləri, mütəxəssisləri, işçiləri və səyahətçiləri Səudiyyə hava limanlarından və hava məkanından istifadə etməmək barədə xəbərdar edir, çünki onlar Məkkə və Mədinə hava limanları istisna olmaqla, qüvvələrimiz üçün hava hücumlarının".
Hərəkatın sözçüsü xəbərdarlıqları ciddi qəbul etməyə çağırıb və əlavə edib ki, Ər-Riyad raket və dronların uğursuz ələ keçirilməsinin nəticələrinə görə məsuliyyət daşıyacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumda ən azı 12 nəfərin öldüyünü və 309 nəfərin yaralandığını bildirib. “The Wall Street Journal” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, hava limanının 3 və 4 nömrəli terminalları birbaşa raket zərbələrindən sonra ciddi ziyan görüb və hava limanının fəaliyyəti dayandırılıb. Səudiyyə Ərəbistanı paytaxtının hava limanına hücum 8 oktyabrda edilib və husilər buna görə məsuliyyəti öz üzərinə götürüblər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















