Husilərdən aviaşirkətlərə çağırış
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar
Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib.
O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur. Məkkə və Mədinə hava limanları isə istisna təşkil edir.
Səri aviaşirkətləri, hava limanlarının əməkdaşlarını və sərnişinləri xəbərdarlığa ciddi yanaşmağa çağırıb.
Husilərin nümayəndəsi raket və pilotsuz uçuş aparatlarının qarşısının alınması zamanı yarana biləcək nəticələrə görə Ər-Riyadın məsuliyyət daşıyacağını bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər ölüb, 309 nəfər yaralanıb. Hava limanının iki terminalına ciddi ziyan dəyib və fəaliyyəti dayandırılıb.
Oktyabrın 8-də də həmin hava limanına hücum edilib. Husilər hücuma görə məsuliyyəti üzərlərinə götürüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















