I Liqa: MOİK yenə uduzdu, Baku Sportinq dən darmadağın
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycan I Liqasında 3-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün iki oyun keçirilib.
İddialı heyət formalaşdırmasına baxmayaraq, mövsümə zəif başlayan MOİK Binədə "Zaqatala"nı qonaq edib. İlham Yadullayevin baş məşqçisi olduğu "hərbçilər" bu dəfə minimal hesabla uduzyblar.
"Baku Sportinq" isə Buzovnada "Şimal" ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi 3 xalı 4 qolla qazanıb.
Qeyd edək ki, dünəb baş tutan görüşlərdə "Şəfa" "Cəbrayıl"ı (3:0), "Mingəçevir" "Difai"ni (2:0) və "Səbail" "Şahdağ Qusar"ı (2:0) məğlub edib.
Azərbaycan I Liqası
3-cü tur
25 sentyabr
MOİK – “Zaqatala” 0:1
Qol: Mətin Qəhrəmani, 44.
“Baku Sportinq” – “Şimal” 4:1
Qollar: Ceyhun Muxtarlı, 7. Rubin Seyidov, 29. İlham Allahverdiyev, 48-pen. Xəyyam Məmmədli, 85 - Xəyal Bədirov, 80-pen.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















