I Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərovun qalıqları Tovuzda dəfn olunub FOTO
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsində itkin düşmüş Ələsgərov Fuad Cəfər oğlunun nəşinin qalıqları bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin qalıqları Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Ələsgərov Fuad Cəfər oğlu 1974-cü ildə Tovuz rayon Ağbaşlar kəndində anadan olub. 1993-ci ildə Füzuli rayonu ərazisində itkin düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















