Icma.az
close
up
RU
I rübdə 500 milyon manat borc ödənilib

I rübdə 500 milyon manat borc ödənilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 6 faizi və yaxud 486,7 milyon manatı (2024-cü ilin eyni dövrü ilə müqayisədə 55,3 faiz az) dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Rüb ərzində daxili dövlət borcu üzrə 110,4 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 376,3 milyon manat (əsas borc üzrə 235,8 milyon manat, faiz borcu üzrə 140,5 milyon manat) ödənilib. Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

Məlumatda bildirilir ki, hesabat dövründə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon ABŞ dolları (illik müqayisədə 7,8 faiz az) olub. Bu dövrdə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. Ölkənin daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18 milyard 1,3 milyon manat (illik müqayisədə 9,1 faiz çox) olub. Bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizicdeməkdir. Beləliklə, bu ilin 1 aprel tarixinə Azərbaycanın ümumi dövlət borcu 26 milyard 628,8 milyon manat (illik müqayisədə 3,3 faiz çox) təşkil edib.

Ekspertlər ölkəmizin xarici borcunun dünya göstəricisindən çox aşağı olduğunu bildirir və bunu qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində önəmli layihələrin reallaşdırılmasının nəticəsi ilə əlaqələndirirlər.

Ümumiyyətlə, ölkəmizin xarici borc göstəricilərinin davamlı olaraq azalması uzun illər aparılan iqtisadi islahatların və şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, sərmayə iqliminin yaxşılaşdırılması nəticəsində əldə olunub.

Bu göstəricilər, eyni zamanda, Azərbaycanın maliyyə vəziyyətinin davamlı şəkildə yaxşılaşmasından xəbər verir. Belə bir şəraitin yaranması isə həm mühüm sosial proqramların icrasını, o cümlədən Qarabağın bərpasını, həm də valyuta ehtiyatlarımızın daha da artmasını şərtləndirir. Strateji valyuta ehtiyatlarımızın hazırda 73 milyard 767 milyon dollar (ilin əvvəli ilə müqayisədə 2 milyard 775 milyon dollar və ya 4 faiz çox) olması qeyd edilən fikrin bariz ifadəsidir.

Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Həmin məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmasına xüsusi yer verilib.

Bundan başqa sənəddə şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun payının, eləcə də dövlətin valyuta ehtiyatlarının artırılması, intizamlı borclanmanın təşkil edilməsi kimi mühüm əhəmiyyətli istiqamətlər vurğulanıb. Milli Prioritetlərdə bütün bunların reallaşdırılması üçün xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması məqsədilə Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması, məcmu borcun makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinin gerçəkləşdirilməsi zəruriliyi bildirilib.

Milli Prioritetlərdə olduğu kimi, digər sənədlərdə də bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi – dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Bütün bunlar nəzərə alınaraq ölkədə son illərdə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı reallaşıb.

Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.

Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.

Azərbaycanın xarici dövlət borcunun azalması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə, düşünülmüş uzunmüddətli strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam – “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da bunun bariz ifadəsidir.

Sonda qeyd edək ki, yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri