Icma.az
close
up
RU
İbad Hüseynlidən Gürcüstanda saxlanılması barədə YENİ AÇIQLAMA

İbad Hüseynlidən Gürcüstanda saxlanılması barədə YENİ AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu onun özü bildirib.

“Tbilisi hava limanında rastlaşdığım xoşagəlməz hadisə barədə danışmayacam, bu haqda mətbuatda yetərincə işıqlandırılıb. Hazırda bu məsələnin səbəbləri üzrə araşdırmalar davam edir. Məqsəd dəvət aldığım tədbirdə iştirak etmək idi və bu, baş tutdu. İlk növbədə Gürcüstanda yaşayan vətənpərvər soydaşlarımıza, tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin sərdinə, bu ölkədəki səfirliyimizin əməkdaşlarına mənə göstərdikləri hörmət və yüksək qayğıya görə təşəkkürümü bildirirəm. Orada olduğum iki gün ərzində daim diqqət göstərdilər”, - Milli Qəhərman deyib.

İ.Hüseynli hər belə səfər zamanı fərqli nüanslara diqqət yetirdiyini söyləyib. Onun fikrincə, heç bir şeyin təkrarı yoxdur və ideal heç nə yoxdur:

“Gürcüstanın özünəməxsus üstünlükləri var. Bu, şübhəsizdir. Lakin qeyd etdiyim kimi ideal da deyil. Bu sətirləri oxuyan gürcü dostlarımız gərək bunu dost iradı kimi başa düşsünlər. Əksinə, daha mükəmməl olmağa çalışsınlar. Hər bir ölkənin sərhəd-keçid məntəqəsi əcnəbi vətəndaş üçün aldığı ilk təəssüratdır. Bəzən bu təəssürat onu bu ölkəyə bütün səfər boyu müşayət edir. Müasir arxitektura nümunəsi sayılacaq Bakı Hava Limanı Tbilisi Hava Limanı ilə müqayisə oluna bilməz. Bakı limanının əməkdaşlarının yüksək operativliyi, limana gələn istənilən ölkə vətəndaşlarına sərgilədiyi yüksək mədəniyyət və etika təqdirəlayiqdir. Məni bu səfər zamanı müşayət edən, həm də gürcülərin mükəmməl bilmədikləri rus və ingilis dillərində anlaşa bilən qazi Sahib Şirinovun zarafatla dediyi kimi, türk dilləri vahid bir dil ailəsində birləşdiyi halda, gürcü dili heç bir qrupa aid olmayan, “yetim” dil hesab olunur. Bəlkə elə buna görədir ki, bizim şirin türkcəmiz gürcü ləhcəsindən kəskin fərqlənir.

Gürcüstanı qafqazın turizm brendi adlandırırlar. Bu, qonşu ölkənin haqqıdır.Amma turistləri cəlb edən gürcü mətbəxi çətin ki, Azərbaycanımızın ləziz yeməklərini əvəz edə bilsin. Gürcüstanın füsunkar təbiət gözəlliyi çətin ki, Kəlbəcəri və ya Qəbələni əvəz edə bilsin. Və bir də Tbilisidə sahibsiz itlər daha çoxdur. Bakıda isə istisnasız olaraq, həmı pişiklərə qayğı göstərir.

 Nəhayət, mən xarici ölkədə dövlətimizin gücünü, qətiyyətini vətəndaş olaraq bir daha öz üzərimdə hiss etdim. Qoy bütün dünyaya agah olsun ki, dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı ilə bu sayaq hörmətsiz rəftar olunması yolverilməzdir”.

Qeyd edək ki, İbad Hüseynli oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib. O, hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İ.Hüseynli sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri