Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

İblisin Bibliyası nı əslində kim yazıb və bu əsər niyə bu qədər vacibdir?

İblisin Bibliyası nı əslində kim yazıb və bu əsər niyə bu qədər vacibdir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

800 ildən artıq müddət əvvəl, Avropada xristian təliminin hökm sürdüyü və inanclı olmayan insan tapmağın çətin olduğu bir dövrdə tarixdə ən qeyri-adi kitablardan biri yaradılıb. Bu əsər "İblisin Bibliyası” və ya "Codex Gigas” adı ilə tanınır. 

Qaynarinfo xəbər verir ki, bu möhtəşəm, eyni zamanda mübahisəli əsəri kimin yaratdığı və onun elmi baxımdan niyə böyük əhəmiyyət daşıdığı barədə "Interesting Engineering” nəşri yazıb.

Möcüzə sayəsində dövrümüzə qədər qorunub saxlanılan bu monumental kitabın ölçüləri 90x50 santimetr, qalınlığı isə 22 santimetrdir. Onun çəkisi təxminən 75 kiloqramdır və daşınması üçün azı iki nəfər lazımdır. Kitab ümumilikdə 310 perqament vərəqindən - yəni xüsusi işlənmiş heyvan dərisindən hazırlanmış 620 səhifədən ibarətdir.

"Codex Gigas” bütün Müqəddəs Kitabı, eləcə də bir sıra tarixi mətnləri, ensiklopedik yazıları və tibbi traktatları ehtiva edir. Əsər zəngin illüstrasiyalarla bəzədilib və onların arasında ən məşhuru Şeytanın təsvir olunduğu səhifədir. Kitab qeyri-rəsmi adını da məhz bu rəsmdən alıb.

"Codex Gigas”i kim yazıb?

Populyar mədəniyyətdə daha çox "İblisin Bibliyası” adı ilə tanınsa da, elmi dairələrdə latınca "Nəhəng kitab” mənasını verən "Codex Gigas” termini üstünlük təşkil edir. Rəvayətə görə, guya Şeytan özü yer üzünə enərək bu kitabı bir gecədə yazıb. Lakin tarixçilərin fikrincə, əlyazma 1204–1230-cu illər arasında Bohemiyada, Podlajitse Benedikt monastırında yaradılıb. Bu ərazi hazırda Çexiyada Xrast şəhərinin bir hissəsidir. Kitabın ehtimal olunan müəllifi German adlı tənha bir rahib hesab olunur.

Sonrakı onilliklər ərzində əlyazma müxtəlif çex monastırları arasında dolaşıb və 1594-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Rudolf İkinciyə məxsus şəxsi kolleksiyaya daxil edilib.

Otuzillik müharibə zamanı, təxminən 1648-ci ildə "Codex Gigas” İsveç imperiya ordusu tərəfindən hərbi qənimət kimi aparılıb. 1697-ci ilə qədər əsər Stokholmdakı İsveç Kral Kitabxanasında saxlanılıb və az qala yanğında məhv olub. Rəvayətə görə, kitabı yerli vikar Yohan Erixsons pəncərədən ataraq xilas edib və bu zaman təsadüfi bir yoldan keçən şəxs xəsarət alıb. Nəticədə əlyazma qorunub saxlanılıb və bu günədək İsveç Milli Kitabxanası vasitəsilə İsveç dövlətinin mülkiyyətində qalır.

"Codex Gigas” nə ilə məşhurdur?

"İblisin Bibliyası” dövrümüzə qədər gəlib çatan ən böyük orta əsr əlyazması hesab olunur. O, həm ölçülərinə, həm də məzmununun müxtəlifliyinə görə seçilir.

Hazırda kitabda 310 vərəq mövcud olsa da, daha 10 vərəqin itirildiyi güman edilir. Lakin bu səhifələrin nə vaxt və hansı şəraitdə yoxa çıxdığı məlum deyil.

Digər iri həcmli orta əsr kitablarından fərqli olaraq, "Codex Gigas”in xəttatlığı demək olar ki, bütün mətn boyu dəyişməz qalır. Bu da əsərin tək bir müəllif tərəfindən yazıldığı ehtimalını gücləndirir.

Qeyri-rəsmi adına baxmayaraq, kitabın satanizmlə heç bir əlaqəsi yoxdur. Əksinə, onun xristian təliminə böyük ehtiramla hazırlandığı açıq şəkildə görünür.


Tədqiqatçılara görə, "Codex Gigas” dünyanın bütün biliklərini bir araya gətirməyi hədəfləyən bir toplusu xatırladır. Bir növ XIII əsrin "Vikipediya"sı hesab oluna bilər. Məhz buna görə kitabın məzmunu olduqca rəngarəngdir:

– əlyazma Köhnə Əhdi-Cədid mətnləri ilə başlayır;

– ardınca İosif Flavinin "Yəhudi qədimlikləri” və "Yəhudi müharibəsi” əsərləri verilir;

– sonra Sevilyalı İsidurun "Etimologiyalar”ı – Orta əsrlərdə geniş yayılmış ilk universal ensiklopediya yer alır;

– daha sonra Hippokratdan başlayaraq müxtəlif dövrlərə aid tibbi traktatlar təqdim olunur;

– bunun ardınca Yeni Əhdi-Cədid kitabları gəlir;

– daha sonra tövbə ilə bağlı qısa bir nəsihət və məşhur "Səmavi şəhər” və Şeytan təsvirləri yerləşdirilib;

– illüstrasiyalardan sonra ekzorsizm ayininin təsviri olan qısa mətn verilir;

– ardınca Kozma Praqalıya aid "Çex xronikası” yer alır;

– tədqiqatçıların fikrincə, növbəti hissədə Müqəddəs Benediktin nizamnaməsi olub, lakin həmin vərəqlər sonradan kəsilib;

– kodeksin sonunda isə liturgik ilin hesablanması üçün əsas mənbə sayılan təqvim-martirolog, pasxaliya və anım tarixləri ilə birlikdə tanınmış və az tanınmış şəxslərin siyahısı təqdim edilir.


Kitabın ən məşhur hissəsi isə "İblis səhifəsi” adlanan tam səhifəlik Satan təsviridir. Rəsm öz dövrü üçün kifayət qədər peşəkar səviyyədə çəkilib. Bu gün baxıldıqda isə kitabdakı Antixrist fiquru qorxulu olmaqdan daha çox qəribə və hətta bir qədər gülməli təsir bağışlayır.

İblis təsvirinin qarşısında isə "Səmavi şəhər” rəsmi yer alır. Tədqiqatçılar bunu xeyir və şərin qəsdən qarşı-qarşıya qoyulması kimi dəyərləndirirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri