IBM in gəliri ikinci rübdə 1 faiz artıb
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerika texnologiya şirkəti "IBM" 2026-cı ilin aprel-iyun ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 17,2 milyard dollara çatıb.
"IBM" ötən ilin eyni dövründə 16,98 milyard dollar gəlir əldə etdiyini bildirib.
Şirkətin səhm başına mənfəəti də ötən ilin ikinci rübündəki 2,31 dollardan bu ilin eyni dövründəki 2,27 dollara düşüb.
IBM-in gəliri və səhm başına qazancı bu dövrdə bazar gözləntilərindən aşağı olub.
Şirkət həmçinin bildirib ki, sabit məzənnə əsasında 2026-cı il üçün gəlir artımının 4-5 faiz arasında olacağını proqnozlaşdırır.
IBM-in baş direktoru Arvind Krişna maliyyə nəticələrini qiymətləndirərkən bildirib ki, şirkət süni intellekt və avtomatlaşdırma vasitəsilə gəlir artımını və mənfəətliliyi sürətləndirmək, şirkət daxilində səmərəliliyi artırmaq və innovasiyanın sürətlə kommersiyalaşdırılmasına investisiyaları artırmaq üçün addımlar atır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 İyul 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















