İbrahim Uzunca: Gəzməyin belə çətin olduğu meydançada futbol oynadıq
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Gəzməyin belə çətin olduğu meydançada futbol oynadıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca deyib.
Təcrübəli mütəxəssis komandasının İkinci Liqanın 3-cü turunda "Ağstafa Gəncləri"nə qalib gəldiyi matç haqda fikirlərini bölüşüb:
"Meydanın bərbad olmasına rəğmən qalib gəldiyimiz üçün çox məmnunam. 3 oyuna 3 qələbə ilə liderik. Onsuz da mövsümün əvvəlindən məqsədimiz çempionluqdur. Hamımız bir olub, hədəfimizə çatacağıq. Matçlarda göstərdiyimiz performans yalnız çempionluğa hesablanıb. Növbəti turda rəqibimiz "Şəki Siti"dir. Futbolçulara 2 gün istirahət verdikdən sonra bu matça hazırlaşacağıq. İnşallah, qalib gələrik. Bunu bacaracaq gücdəyik. Komandama inanıram. "Xankəndi"yə layiq olduğu çempionluğu qazandıracağıq".
Qeyd edək ki, "Xankəndi İkinci Liqada 3 oyundan sonra 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















