İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 5 oktyabr, AZƏRTAC
İsveç millisinin və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Zlatan İbrahimoviç 45 yaşını özünəməxsus şəkildə qeyd edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, veteran hücumçu özünə “Ferrari”nin ən ekstremal modellərindən biri olan yeni F80 hədiyyə edib.
Hazırda “Milan”da müşavir vəzifəsində çalışan İbrahimoviçin qarajında artıq “Ferrari”nin ən bahalı və eksklüziv modellərindən bir neçəsi yer alır.
İbrahimoviç yeni avtomobilini əldə etmək üçün təxminən bir il gözləyib. O, ötən ilin oktyabrında növbəti avtomobilinin “Ferrari” F80 olacağını açıqlamışdı. “Ferrari” isə modeli futbolçunun 45-ci doğum günündə təhvil verib.
F80 iki yerlik, plug-in hibrid superkarıdır və ümumilikdə 1 200 at gücü hasil edir. Avtomobil “Ferrari” tarixinin ən sürətli modellərindən biridir. F80 saatda 100 kilometr sürəti cəmi 2,75 saniyəyə yığır. Maksimal sürəti isə 350 km/saat təşkil edir. Qiyməti 400 min avrodur.
Qeyd edək ki, İbrahimoviçin “Ferrari” kolleksiyasında artıq “Daytona SP3”, “812 Competizione”, SF90 XX, “SF90 Spider”, “Purosangue” və “Monza SP2” kimi nadir modellər var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















