Icma.az
close
up
RU
İbtidai siniflərdə ağır tədris yükü: Uşaqları yoran, repetitorluğa rəvac verən sistem...

İbtidai siniflərdə ağır tədris yükü: Uşaqları yoran, repetitorluğa rəvac verən sistem...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə ibtidai siniflərdə tədris proqramının ağırlığı valideynlərin və müəllimlərin narahatlığına səbəb olub. Uşaqların yaş səviyyəsinə uyğun olmayan dərsliklər və çətin tapşırıqlar onların müstəqil çalışmasına mane olur. Bəzi valideynlərin savadı övladlarına dərslərində kömək etməkdə yetərsiz qaldığından, şagirdlər aşağı yaşlardan repetitor yanına getməyə məcbur olur. Bu da ailənin təhsillə bağlı xərclərinin artmasına, ümumi rifahının azalmasına gətirib çıxarır. Eyni zamanda dərslərin çətinliyi şagirdlərin gözünü qorxudur, özgüvənini zədələyir və təhsilə daha soyuq yanaşmasına gətirib çıxarır. 

 Sitat.info -ya açıqlamasında mövzulə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, ibtidai siniflərdə ağır dərs proqramı, verilən tapşırıqların kəmiyyət və çətinlik dərəcələrinə görə çoxluğu həqiqətən də ciddi problemlərdəndir: “ Ailəsi, yaxud, yaxın çevrəsində ibtidai siniflərdə təhsil alan şagird olan şəxslər bu prosesin çətinliyini az qala hər gün yaşamış olurlar. Hələ bu azmış kimi, bəzi ibtidai sinif müəllimləri şagirdəri tədris proqramından əlavə tapşırıqlarla da yükləməkdən çəkinmirlər. Onlar bunu guya şagirdin materialı daha yaxşı mənimsəməsi üçün etdiklərini əsas göstərsələr də, onun zehninə, psixikasına nə dərəcədə ağır zərbə vurduqlarından xəbərsizdirlər".

Ekspert  vurğuladı ki, ibtidai siniflərdə tədris proqramının ağırlığı bu seqmentdə repetitor asılılığını da gücləndirdi: "Çünki 6-10 yaş aralığında olan azyaşlıların heç də hamısı zehni və psixoloji hazırlıqları həm kəmiyyət , həm də ağırlıq göstəricilərinə görə getdikcə artmaqda olan proqramı, tapşırıqları yerinə yetirmək gücündə deyil. Bu, bir tərəfdən ibtidai sinif müəlliminin işini çətinləşdirsə də, digər tərəfdən onun dərsdən kənar repetitorluğuna  şərait yaratmış olur”.

E.Nuri  əlavə edib ki, ümumilikdə ibtidai siniflərdə ağır tədris prosesinin iki əsas səbəbini deyə bilərik: “Ev tapşırıqlarının həcmi və təqdim olunan mövzuların yaş nisbətinə görə qəlizliyi... Bu iki faktor azyaşlıya eyni anda təlqin olunduqda nəinki onların, hətta valideynlərinin də çox əziyyət çəkdiklərini, övladları ilə bərabər özlərinin də yeni tədris proqramını öyrəndiyinin şahidi oluruq. Bu iki səbəb öz yerində. Subyektiv fikrimə əsasən, ibtidai tədrisi ağırlaşdıran əsas səbəb onun demək olar ki, bütünlüklə yaddaşa yönəlik aparılması, dərsliklərin məhz bu meyar əsasında hazırlanmasıdır. Bu, yolverilməzdir! Deyə bilərəm ki, hətta bağışlanmaz bir faktordur. Çünki insan şəxsiyyətinin formalaşmasının böyük hissəsi, onun şüuraltı dünyasının qurulmasının əsas periodu, məhz ibtidai təhsildə oxuduqları dövrə düşür. Biz bu mərhələdə onlara sağlam düşüncəni formalaşdırmaq, onu düzgün emal edərək qarşı tərəfə rahatlıqla çatdırmaq, prosesin özünü deyil, səbəbini qiymətləndirməyi öyrətmirik,  məhz yüklənmiş yaddaşı “hədiyyə edirik”. Bu detal artıq təhsil dünyasının arxivinə getməlidir. Şagirdin yaddaşla yüklənməsi onun sabah mütləq uğurlu bir fərd ola biləcəyi anlamına gəlməməlidir. Əksinə, bu proses davamlı təkrarlandıqca şagirdi zehni və psixoloji baxımdan bir az da axsadacaq.
Bu gün ibtidai siniflərdə tədris olunan "Azərbaycan dili", "Həyat bilgisi" kimi fənnlər şagirdi yaddaş prizmasından həddindən artıq yükləyir. Digər tərəfdən riyaziyyat, xarici dil fənlərindən kompleks mövzulara sürətli keçid uşaqların zehni yorğunluğuna səbəb olur “. 

E.Nurinin fikrincə ibtidai siniflər üçün hazırlanan dərsliklərdə bu iki məsələyə - yaddaşa yönəlik xəttin azaldılmasına və kompleks mövzuların minimallaşdırılmasına ciddi ehtiyac vardır: “Mövzuların bütün ibtidai sinif dərsliklərində interaktiv, yarı əyləndirici formada, həmçinin, oyun tipli metodlarla əks edilməsi daha məqsəduyğundur. Əks halda, biz təhsilin onurğa sütunu olan ibtidai tədrisdən çox da böyük fayda gözləyə bilmərik “.

Aytac Baxış,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sitat.info
archiveBu xəbər 04 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri