Icma.az
close
up
RU
“İbtidai təhsildə boşluqlar yuxarı pillələrdə nəticələri zəiflədə bilər” ELÇİN ƏFƏNDİ

“İbtidai təhsildə boşluqlar yuxarı pillələrdə nəticələri zəiflədə bilər” ELÇİN ƏFƏNDİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə təhsil sistemində aparılan islahatlar göstərir ki, xüsusilə ibtidai təhsildə müəllimlərin məşğulluq forması və iş rejimi ciddi yenilənməyə ehtiyac duyur.

Müəllimlərin saat hesabı və yarımştat fəaliyyətlə, yalnız ara-sıra məktəbə gələrək dərs deməsi ibtidai siniflərdə davamlılığı pozur, şagirdlərin inkişafında boşluqlar yaradır.

Halbuki məhz ibtidai təhsil bütün digər təhsil pillələri üçün təməl rolunu oynayır. Bu mərhələdə keyfiyyətin zəif olması, sonrakı orta, tam orta, peşə və ali təhsildə də problemlərin yığılmasına səbəb olur.

Bəs ibtidai sinif müəllimlərinin saat hesabı və yarımştat məşğulluq modelindən çıxarılıb daimi iş rejiminə keçirilməsi ibtidai təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?

Bu addım şagirdlərin nəticələrində hansı uzunmüddətli dəyişikliklər yarada bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, strateji təhsil pilləsi olan ibtidai təhsilə marağı artırmaq vacibdir:

“Elm və Təhsil Nazirliyinin açıqlamasında qeyd olunan faktlar əlbəttə ki, reallığı  əks etdirir. Çünki biz əgər daha mütləq təhsil keyfiyyətindən danışırıqsa və ümumiyyətlə başqa ölkələri nümunə gətirərək onların təhsil sistemini daha uğurlu hesab ediriksə, deməli, həmin ölkələrdə mövcud olan təhsil sistemindəki müsbət məqamlar bizim ölkəmizdə də ən azından əks olunmalıdır. Bunun üçün də təbii ki, biz daha çox strateji təhsil pilləsi olan ibtidai təhsilə marağı və diqqəti artırmalıyıq. Bunun üçün daha çox güclü akademik göstəriciləri, təhsil göstəriciləri yüksək olan peşəkar müəllim kollektivi formalaşdırmalıyıq”.

Ekspertin sözlərinə görə, ibtidai təhsildə yaranan boşluqlar yuxarı təhsil pilləsinə keçdikdə şagirdlərin davamiyyətini və fənlərə maraq və meyillərini azaldır və burada ailələrin də övladlarına verdiyi dəstək mühüm zərurətə çevrilir:

“Nəticə etibarilə onları artıq 9-cu sinifdə ya təhsil prosesindən ümumiyyətlə yayınan görürük, çoxu əmək fəaliyyətinə cəlb olunur və yaxud da bəzi hallarda təəssüf ki, erkən nikaha cəlb olunmağa cəhd göstərilir .Ailələr övladlarında təhsilə qarşı nə qədər maraq oyadırlarsa, əlbəttə, bir o qədər də daha uğurlu nəticələr əldə etmək mümkün olar.

Eyni zamanda, yuxarı təhsil pilləsinə çatanda da 11-ci sinfi bitirdikdən sonra bəziləri sadəcə 11 illik attestatla kifayətlənir və təhsillərini istər orta ixtisas, istər peşə təhsili, istərsə də ali təhsil istiqamətində davam etdirmirlər. Ona görə də biz yenə də ibtidai təhsil pilləsinin üzərində, hansı ki strateji təhsil pilləsidir – məhz ibtidai təhsil pilləsi – burada çox dayanmalıyıq və burada çalışmalıyıq ki, daha uğurlu nəticələr əldə edək“.

Elçin Əfəndi bildirib ki, ibtidai təhsildə marağı artırdıqda, təhsilin növbəti pillələrində davamlılıq da təmin olunur.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri