Icma.az
close
up
RU
İcarədar iş adamını ittiham edir: Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır

İcarədar iş adamını ittiham edir: Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Eurohome” MMC-nin xeyli miqdarda vergi borcu olduğu bildirilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 55 281,36 manat təşkil edir.

"Eurohome” MMC 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 306 548 manatdır. MMC-nin qanuni təmsilçisi İbrahimov Niyazi Kamal oğludur.

Əldə etdiyimiz digər məlumata əsasən, Niyazi İbrahimov "Eurohome” inşaat bazarında kommunal sahədə çalışır. Şirkətin sahibi olduğu deyilən iş adamı Azay Möhnətov isə bir neçə il əvvəl sözügedən bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı gündəmə gəlmişdi. Həmin dövrdə bəzi icarədarlar onlara dəymiş zərərin ödənilmədiyini iddia edirdilər.

Məsələ ilə bağlı narazılıq hələ də davam edir. İcarədarlardan biri – Rafiq Ocaqverdiyev bu günə qədər ona çatmalı olduğunu dediyi kompensasiyanı ala bilmədiyini bildirir.

Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində deyib ki, məsələni ictimailəşdirdikdən və aidiyyəti qurumlara müraciət etdikdən sonra iş adamı tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edir:

"Məndən hüquq-mühafizə orqanlarına şikayət edilib. Guya mən onu sosial şəbəkələrdə və mətbuatda nüfuzdan salıram. Dediklərimin arxasındayam. Bazar yanarkən mənə təxminən 200 min manat ziyan dəyib. Bu məbləğ hesablamalara əsaslanır. Azay Möhnətov kompensasiyanı ödəyəcəyinə söz verib. Bu vədi hüquq-mühafizə orqanlarında keçirilən görüşlərdə də səsləndirib. Lakin indiyədək ödəniş edilməyib. Əksinə, mənə qarşı əsassız şikayətlər olunur”.

O əlavə edib ki, maddi çətinliklər səbəbindən ağır psixoloji vəziyyət yaşadığını deyir:

"Kompensasiya ödənilmədikcə borclular da pullarını tələb edirlər. Onları qınamıram, borc qaytarılmalıdır. Amma bu vəziyyət məni çox çətin duruma salıb, çıxılmaz vəziyyətdə qalmışam”.

Rafiq Ocaqverdiyev məsələ ilə bağlı mübarizəni davam etdirəcəyini də vurğulayıb:

"Sona qədər mübarizə aparacağam. Başqa yol görmürəm”.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri