Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq AzPolitika onlayn siyasiictimai qəzet

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən 3 milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6 %-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri 2 milyard manat və yaxud ümumi xərclərin 7,4 %- qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək: "Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıb. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır”.

Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see167

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see132

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see131

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see129

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see123

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see123

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see123

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see121

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see120

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see120

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see115

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri