İcbari tibbi sığorta ilə bağlı şad xəbər: Prezident təsdiqlədi
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 Mart 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















