Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib Doğru Xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib Doğru Xəbərlər

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları mövzusunda mətbuat konfransı keçirib.

Doğru.az xəbər verir ki, Açılış nitqində Zaur Əliyev cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə ayırdığı diqqət və qayğısını xüsusilə vurğulayıb: “Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində ölkəmizdə tibbi xidmətlərin keyfiyyəti və əhalinin sağlamlıq göstəriciləri yüksəlməkdədir”.
Agentliyin İdarə Heyətinin sədri 2024-cü ilin 11 ayı üzrə tibbi xidmətlərə edilən müraciətlərin 9% artaraq 22 milyonu keçdiyini bildirib. Xidmət sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyona çatıb. Z.Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. O, əlavə edib ki, ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın təmin etdiyi imkanlardan yararlandığını göstərir.
Z.Əliyev qeyd edib ki, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb. Həmçinin, özəl tibb müəssisələrində əməliyyat və prosedur sayı 30% artaraq 167 mini ötüb. O, vurğulayıb ki, özəl tibb müəssisələri də vətəndaşların icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən yararlanmasında mühüm rol oynayır.
Müraciətlərin əsas hissəsini qan dövranı, endokrin və tənəffüs sistemi xəstəlikləri təşkil edib. Ən çox müraciətlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Abşeron inzibati ərazi üzrə qeydə alınıb.
Dərman vasitələrinin təminatı ilə bağlı yeni təşəbbüslərdən danışan Z.Əliyev qeyd edib ki, ilk mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Sosial rifahın yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Z.Əliyev tibb heyətinin gəlirlərinin icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.
Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə dair əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin ölçülməsi barədə keçirilən sosioloji sorğuların nəticələrinə toxunan İdarə Heyətinin sədri bildirib ki, sorğu nəticələri əhalinin 100%-ə yaxınının icbari tibbi sığorta haqqında, 47%-inin isə Xidmətlər Zərfi haqqında məlumata sahib olduğunu göstərir. Ən çox məmnunluq ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb. Ümumilikdə, sığorta çərçivəsində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 59%-dir.
Sədr əlavə edib ki, 2020-ci ildən bu yana icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manatdan çox gəlir əldə edilib. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. O xüsusi vurğulayıb ki, investisiyalardan əldə olunan gəlir sığortaolunanlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri