Icma.az
close
up
RU
İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub YENİLƏNİB

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub YENİLƏNİB

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qoruğu İdarəsində İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdimatına həsr olunan ilin yekunları üzrə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə İçərişəhərdə il ərzində görülən işləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud 2025-ci ildə həyata keçirilən fəaliyyətlərlə bağlı məlumat verib. Qeyd edib ki, məqsəd təkcə infrastrukturun yenilənməsi deyil, həm də idarəetmə mədəniyyətinin müasirləşdirilməsidir: “Görülən işlər əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında ardıcıllıqla həyata keçirilib. Bu yanaşma resursların səmərəli idarə olunmasına və dayanıqlı nəticələr əldə etməyə imkan verib”.

Onun sözlərinə görə, idarəetmədə institusional islahatlar aparılıb, struktur optimallaşdırılıb, daha çevik və şəffaf idarəetmə mexanizmləri tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib. Daxili proseslərin standartlaşdırılması genişləndirilib, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə təminat mexanizmləri də optimallaşdırılıb.

“İçərişəhərdə, o cümlədən Neftçilər prospekti boyunca fasadlar və balkonlar mərhələli şəkildə təmir olunub, tarixi görünüşə uyğun olmayan elementlər sökülüb. Uzun illərdən qalmış yararsız konstruksiyalar, səliqəsiz görüntü yaradan detallar aradan qaldırılıb, balkonlarda yerləşdirilmiş kombi sistemləri, antenalar və digər texniki elementlər mümkün qədər nizamlanıb və vizual mühitə uyğunlaşdırılıb”, - deyə o vurğulayıb.

Bununla yanaşı, Rüfət Mahmud diqqətə çatdırıb ki, İçərişəhərin giriş hissəsində — həm Neftçilər prospekti istiqamətindəki əsas girişdə, həm də Qoşa Qala qapısı ətrafında köşklərin sökülməsi həyata keçirilib. Bu addım ərazidə daha estetik və açıq ictimai məkanın formalaşdırılmasına imkan verib.

“Piyada hərəkəti üçün şərait yaxşılaşdırılıb və fiziki əlçatanlığın təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb. Bu, xüsusilə hərəkət imkanları məhdud olan şəxslərin İçərişəhər ərazisində daha rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradır. Eyni zamanda Neftçilər prospekti istiqamətində gediş-gəlişin daha səmərəli təşkili üçün də əlavə addımlar atılıb”, - deyə o əlavə edib.

O bildirib ki, daxili ərazidə də genişmiqyaslı işlər görülüb. Bir çox ünvanlarda uzun illər plastik materiallarla örtülmüş, baxımsız vəziyyətdə olan balkon və fasad elementləri təmizlənərək ilkin görünüşün bərpası istiqamətində tədbirlər həyata keçirilib. 28 ünvanda sakinlərin mənzillərinin təmizlənməsi və məişət tullantılarının çıxarılması təmin olunub. Həmçinin bir sıra binaların fasadları yenilənib, baxımsız ərazilər mərhələli şəkildə təmizlənərək səliqəyə salınıb: “Hazırda isə digər infrastruktur xidmətlərinin yenilənməsi məqsədilə layihələr hazırlanıb. İşıqlandırma, kommunikasiya xətləri və texniki qurğularla bağlı yenilənmələr üzrə təkliflər formalaşdırılıb. Ümid edirik ki, 2026-cı ildə bu layihələrin icrasına başlanılacaq”.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak çıxış edərək inkişaf konsepsiyası, İcma və Xidmət Mərkəzləri, eləcə də turizm və xidmət keyfiyyəti istiqamətində görülən işlər və prioritetlər barədə məlumat verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bildirib ki, “Ağıllı qoruq inkişaf strategiyası”nın mahiyyəti tarixi məkana müdaxilə etmək deyil, irsin mühafizəsi və idarə olunmasında müasir yanaşmaların tətbiqidir.

Onun sözlərinə görə, cari ilin əvvəlində fəaliyyətə başlayarkən müəyyən çağırışlarla üzləşiblər və yeni idarəetmə sisteminin qurulmasına ehtiyac yarandığını görüblər:

“Bura bizim bəşəri dəyərimiz, memarlıq incimizdir. İçərişəhər son iki əsri əhatə edən dövr boyunca müxtəlif idarəetmə formalarına şahidlik edib”.

A.Əlisultanlı yaxın tarixə qısa nəzər salaraq qeyd edib ki, 1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa olunub, 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilib, 1985-ci ildə isə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. O vurğulayıb ki, 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən ilk obyekt olub.

O bildirilib ki, 2025-ci ildən İçərişəhər yeni dövrün çağırışları ilə üz-üzədir: “Ağıllı şəhər” dedikdə tarixi məkanlarda hər hansı dəyişiklik nəzərdə tutulmur. Biz bütün yeniliklərə hazır olmalı və irsin idarə olunmasında bu amilləri nəzərə almalıyıq”.

Daha sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri Rəsul Çopurov yeni veb-sayt və mobil tətbiq, eləcə də nəqliyyat və kadastr sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri