Icma.az
close
up
RU
İçərişəhərdə 20 Yanvarla bağlı tədbirlər keçirilib FOTO

İçərişəhərdə 20 Yanvarla bağlı tədbirlər keçirilib FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 20-də İçərişəhərdə 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “Əbədi xatirə” adlı tədbir baş tutub. Məqsəd Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etmək və onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaqdır.

Modern.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şəhid ailələri, 1990-cı ilin yanvar hadisələrinin şahidləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, Azərbaycan Fotoqraflar Birliyinin nümayədələri, İçərişəhər sakinləri iştirak ediblər. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri, “Şahid Fotoqraf” sənədli filminin qəhrəmanı Mirnaib Həsənoğlu və İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış etdikdən sonra tədbir iştirakçılarına “Şahid Fotoqraf” filmi nümayiş olunub. Filmdə 20 Yanvar gecəsində və sonrakı günlərdə baş verən hadisələri peşəkar fotoqraf gözü ilə necə sənədləşdirilməsindən bəhs olunur.

Ardınca 20 Yanvar şəhidi Larisa Məmmədovanın valideynləri ilə Azərbaycan Televiziyası tərəfindən aparılmış müsahibənin nümayiş olunduqdan sonra, tədbir çərçivəsində Uşaq və Gənclər Teatrının aktyorları tərəfindən 20 Yanvar hadisələrinə həsr olunmuş teatr kompozisiyası təqdim edilib.

Eyni zamanda, Bakı Fotoqrafiya Evində Azərbaycan Fotoqraflar Birliyi ilə birgə yanvar hasidələrinə aid arxiv fotolardan ibarət xüsusi forosərgi açılıb. 17 yanvar tarixindən davam edən sərgi 21 yanvar 2025-cü il tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri