Icma.az
close
up
RU
İçərişəhərdə çay dəstgahı xəzinəsi

İçərişəhərdə çay dəstgahı xəzinəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İçərişəhərin tarixi-memarlıq irsinə yeni və mühüm bir mədəni məkan əlavə olunub. XIV əsr yadigarı, 1375-ci ildə inşa olunan Qazi Fəzlullah ibn Osman məscidində çay dəstgahı əşyalarından ibarət ilk muzey – “Çaydan Xəzinəsi” fəaliyyətə başlayıb.

Xalq arasında “Çin məscidi” adı ilə tanınan bu tarixi məkanda yaradılmış tarixi saxlanc dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini özündə birləşdirən nadir kolleksiyanı ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir.

Muzeyin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud, memar və pedaqoq, professor Elçin Əliyev çıxış edərək yeni mədəniyyət ocağının əhəmiyyətindən bəhs ediblər.

Bildirilib ki, muzeydə ümumilikdə 219 eksponat – əsasən XX–XXI əsrlərə aid Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Yaponiya və digər ölkələrdə hazırlanmış çini, gil, çuqun və şüşə çaydanlar nümayiş olunur. Kolleksiyada klassik formalarla yanaşı, barokko, rokoko, klassisizm və ampir üslublarının təsirləri, həmçinin “Meissen”, “Limoges”, “Wedgwood” və “Royal Albert” kimi məşhur markaların nümunələri yer alır.

Layihənin əsas özəlliklərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə vəhdət təşkil etməsidir. Azərbaycan çay süfrəsinin ayrılmaz atributları olan samovar və armudu stəkanla yanaşı, ekspozisiyada qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da xüsusi yer tutur. Bu, kəklikotu, nanə və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmə mədəniyyətimizin çox qədim köklərə malik olduğunu sübut edir.

“Çaydan Xəzinəsi” muzeyi sadə məişət əşyasının tarix, sənət və mədəni yaddaşın daşıyıcısına çevrilən yolunu nümayiş etdirməklə yanaşı, paytaxt sakinləri və qonaqlar üçün Çindən Avropaya uzanan geniş mədəniyyət coğrafiyasını kəşf etmək üçün yeni və cəlbedici məkandır.

T.RÜSTƏMLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri