İçərişəhərdə “Muğam Saatı” VİDEO
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün İçərişəhərin müxtəlif guşələrində “Muğam Saatı” adlı interaktiv səs performansı layihəsi ilə milli muğamlarımız İçərişəhərdə səsləndirilir.
Modern.az xəbər verir ki, bu instalyasiya və ifaçılıq layihəsi 1950-60-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan “Muğam Saatı” adlı məşhur radio proqramından ilham alır.
Layihənin əsas məqsədi həmin dövrdə geniş kütlələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş muğam yayımını müasir formada yenidən canlandırmaqdır. O illərdə radio proqramlarının səsi hər evdən, dükan pəncərəsindən, hətta Abşeronun ucqar bağ evlərindən belə eşidilirdi.
Bu musiqi atmosferini bərpa etmək üçün saat 14:00-dan 15:00-dək İçərişəhərin müxtəlif nöqtələrində qurulacaq səs cihazlarından arxiv muğam yazıları səsləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















