Icma.az
close
up
RU
İçərişəhərdəki məşhur restoranların icarədarından NARAZILIQ

İçərişəhərdəki məşhur restoranların icarədarından NARAZILIQ

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda, İçərişəhərdə fəaliyyət göstərən sahibkar Abbas Nəcəfli Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qərarları nəticəsində uzun illər ərzində formalaşdırdığı biznes fəaliyyətinin ciddi təhlükə ilə üz-üzə qaldığını deyir.

Hurriyyet.media “Musavat.com”a istinadən xəbər verir ki, sahibkar məsələ ilə bağlı açıqlamasında son 15 il ərzində İçərişəhərdə yerləşən “Qız Qalası Çay Evi”, “Old Mangal” və “Sehirli Təndir” ictimai iaşə obyektlərini icarə müqavilələri əsasında idarə etdiyini bildirir.

Onun sözlərinə görə, bu müddət ərzində obyektlərə böyük həcmdə şəxsi investisiya yatırılıb, əsaslı təmir işləri aparılıb, bahalı avadanlıqlar alınıb, müasir xidmət infrastrukturu yaradılıb. Nəticədə həmin məkanlar həm yerli sakinlərin, həm də Azərbaycana gələn xarici turistlərin ən çox üz tutduğu restoranlardan birinə çevrilib.

Abbas Nəcəfli bildirir ki, bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Qız Qalası Çay Evi”nin boşaldılması tələb olunub.

Onun sözlərinə görə, buna səbəb kimi obyektin dövlət layihəsi çərçivəsində istifadə ediləcəyi göstərilib:

“Qoruğun rəhbərliyi mənə bildirdi ki, obyekt dövlət layihəsi üçün lazımdır. Mən də dövlət maraqlarını hər şeydən üstün tutaraq razılaşdım. Sonradan isə gördüm ki, illərlə yaratdığım obyekt başqa şəxslər tərəfindən istifadə olunur. Dizaynı, konsepsiyası olduğu kimi saxlanılıb, sadəcə kosmetik dəyişikliklər edilib”.

Sahibkar qeyd edir ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə, Prezident Administrasiyasına müraciətlər ünvanlayıb. O, müraciətlərində dövlət layihəsi adı altında obyektin əlindən alındığını, lakin sonradan fərqli məqsədlərlə istifadə olunduğunu bildirib.

Abbas Nəcəflinin sözlərinə görə, analoji vəziyyət “Old Mangal” və “Sehirli Təndir” restoranlarında da yaşanıb.

O bildirir ki, əvvəllər uzunmüddətli əməkdaşlıq mövcud olsa da, sonradan müqavilələr 6 aylıq müddətlə bağlanmağa başlayıb və növbəti müddətin sonunda uzadılmayıb.

Sahibkar iddia edir ki, müqaviləyə xitam verilməsi üçün əsas kimi icarə haqqının gecikdirilməsi göstərilsə də, onun heç bir borcu olmayıb:

“Mənə cəmi üç gün vaxt verdilər ki, obyektləri boşaldım. Bildirdim ki, yalnız məhkəmə qərarı olduğu halda bunu edə bilərəm. Bundan sonra heç bir məhkəmə qərarı olmadan obyektlərin elektrik enerjisi kəsildi. Halbuki həmin vaxt restoranlarda həm yerli müştərilər, həm də xarici turistlər var idi”.

Abbas Nəcəfli qeyd edir ki, icarə müqavilələri əvvəlcə onun adına bağlansa da, sonradan Qoruq İdarəsinin razılığı ilə tərəfdaşlarının adına rəsmiləşdirilib.

Onun sözlərinə görə, “Qız Qalası Çay Evi” Məzahir Məmmədlinin; “Old Mangal” Rauf Abdullayevin; “Sehirli Təndir” isə Nazim Əzizovun adına sənədləşdirilib.

Sahibkar bildirir ki, həmin şəxslər onun yaxın dostları və biznes tərəfdaşlarıdır, restoranların faktiki təsisçisi isə özüdür.

Abbas Nəcəfli hesab edir ki, İçərişəhərdə sahibkarlarla bağlanan 6 aylıq icarə müqavilələri biznes üçün ciddi hüquqi və maliyyə riskləri yaradır.

Onun fikrincə, sahibkar hər hansı obyektə daxil olarkən təmir, avadanlıq, dizayn, işçi heyəti və digər istiqamətlər üzrə böyük vəsait yatırır. Lakin cəmi altı ay sonra müqavilənin uzadılmaması həmin investisiyanın geri qayıtmasını mümkünsüz edir.

Sahibkar iddia edir ki, son dövrlər icarə haqları da əsaslandırılmadan artırılır. Onun sözlərinə görə, əvvəllər aylıq 6 min manat olan icarə haqqı 10 min manata, 10 min manat olan ödəniş isə 15 min manata qaldırılır.

Abbas Nəcəfli bildirir ki, bu artımlar sahibkarları qiymətləri qaldırmağa məcbur edir, nəticədə həm yerli müştərilər, həm də turistlər üçün xidmətlər bahalaşır.

Sahibkarın iddiasına görə, İçərişəhərdə fəaliyyət göstərən bütün sahibkarlara eyni yanaşma tətbiq edilmir. Onun sözlərinə görə, bəzi sahibkarlar daha aşağı icarə haqları ilə fəaliyyətlərini davam etdirə bildikləri halda, digərlərinə daha yüksək məbləğlər tətbiq olunur.

Abbas Nəcəfli hesab edir ki, bu vəziyyət bərabər rəqabət prinsipləri baxımından suallar doğurur və bütün icarəçilərə eyni hüquqi yanaşma göstərilməlidir.

Sahibkar bildirir ki, yaranmış vəziyyətlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Onun sözlərinə görə, illər ərzində obyektlərə şəxsi vəsaiti hesabına böyük sərmayə yatırıb, bütün vergi, sosial ödəniş və digər maliyyə öhdəliklərini vaxtında yerinə yetirib. Hazırda isə böyük kredit öhdəlikləri fonunda fəaliyyətinə maneələr yaradıldığını iddia edir. Abbas Nəcəfli hesab edir ki, ölkə rəhbərliyinin sahibkarlığın inkişafı, investisiyaların qorunması və biznesə qanunsuz müdaxilələrin yolverilməzliyi ilə bağlı müəyyən etdiyi siyasətə uyğun olaraq onun müraciəti obyektiv araşdırılmalı və hüquqlarına hüquqi qiymət verilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri