ICESCO nun baş direktorunun müşaviri: Firavan gələcək uşaqların hüquqları tam şəkildə qorunduğu halda mümkündür
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 23 dekabr, AZƏRTAC
Uşaqların qorunmasının getdikcə mürəkkəbləşən bu rəqəmsal dövrdə gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. ICESCO-da uşaqlar, yeniyetmələr və gənclər hər zaman missiyamızın mərkəzində olub. Biz inanırıq ki, davamlı inkişaf, sülhsevər cəmiyyət və firavan gələcək yalnız uşaqların hüquqları, ləyaqəti və rifahı tam şəkildə qorunduğu halda mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri lCESCO-nun baş direktorunun müşaviri Amira El Fadil “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, bu gün rəqəmsal transformasiya uşaqlığın mahiyyətini köklü şəkildə dəyişdirib. Araşdırmalar göstərir ki, qlobal internet istifadəçilərinin təxminən üçdəbirini uşaqlar təşkil edir. Təəssüf ki, bir çox ölkədə uşaqlar zərərli məzmuna, onlayn istismara və rəqəmsal zorakılığa məruz qalırlar. Sosial media alqoritmləri və süni intellekt texnologiyalarının sürətli inkişafı isə bu riskləri daha da dərinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















