Icma.az
close
up
RU
Yeni milli ideya firavan həyat

Yeni milli ideya firavan həyat

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xarici siyasət doğru qurulub. Ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılır, güclü ordumuz var. Azərbaycanın bölgədə və dünyada çəkisi artır...

Bunları deyirik, yazırıq. Xüsusi qərəzli adamlardan başqa kimsənin bu deyilənlərə, yazılanlara etirazı yoxdur. Amma...

Amması odur ki, sosial-iqtisadi sahələrdə vəziyyət fərqlidir. Necə olur, ölkədə yüksək səviyyəli diplomatiya, döyüş qabiliyyətli ordu, saat kimi çalışan xüsusi xidmət orqanı, polis sistemi qurula bilir, amma normal iqtisadiyyat, bazar münasibətləri qura bilmirik?!

Dediyim kimi, ordu, təhlükəsizlik qüvvələri bizi xaricdən və daxildən qaynaqlanan təhdid, təhlükə və hücimlardan qoruya bilir, amma, məsələn, hələ də ərzaq təhlükəsizliyini təmin edə bilməmişik. İqtisadi və maliyyə riskləri hələ də qalır. Hökumətin iqtisadi bloku hələ də infıyasiyaya qalib gələ bilmir. Axı bu blokda çalışanlar da bu ölkənin əsgərləridir. İqtisadiyyat generalları bu sualı cavabını deyə bilərmi, görəsən?

Baxın, rəsmi statistik məlumatlara görə, ötən il Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi pulun tam yarısı (hətta yarısından çoxu) - 50,5 faizi ərzaq məhsullarına gedib. Yəni hər bir fərd hər ay orta hesabla 508 manatlıq ərzaq alıb. Bunu da dörd nəfərlik ailə üzrə hesablayanda bir ailənin yemək xərci 2 min manatdan çox eləyir. Hələ içkiləri və sair demirəm. Təkcə qidadan söhbət gedir. Bu tendensiya 2025-ci ildə də davam edib. Bu ilin yanvar-aprel aylarında qida xərcləri ümumi xərclərinin 51,2 faizi qədər olub. Bu, o demək deyil ki, bu il əhali keçən ildəkinə nisbətən daha çox qidalanıb. Xeyr! Sadəcə olaraq, ərzağın qiymətləri bahalaşıb. Ölkə prezidenti büdcə təşkilatlarında çalışanların əməkhaqlarını artırır. Minimum əməkhaqqı məbləği də yüksəldilir, bu da özəl sektorda əməkhaqlarının yüksəlişini təmin edir. Eləcə də, pensiyalar artır. Ancaq gizli inflyasiya bu artımı "yeyir". Bu da əhalinin yoxsullaşmasına səbəb olur.

Yenə də dövlətin rəsmən açıqladığı statistikaya baxsaq, idxalın ixracı üstələdiyini görəcəyik. Əgər ölkənin xaricdən aldığı mal və məhsullar daxili istehsalı üstələyirsə, xarici ticarətdə mənfi saldo qalmaqda və artmaqda davam edirsə, bu, artıq ciddi problemdir. Bu, ölkə iqtisadiyyatının real sektorunda reqressdən xəbər verir. Dövlət rəhbəri bu qədər aktiv xarici siyasət aparır, xarici bazarlara çıxış üçün yeni imkanlar yaradır, ancaq yerli biznes bundan istifadə edə bilmir. Bu baxımdan Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, başqa uyğun qurumlara çox böyük iş düşür. Biznesi liberallaşdırmaq, inhisarçılığı aradan qaldırmaq, szas bazar rəqabəti yaratmaq lazımdır. Xüsusilə yerli istehsalı stimullaşdırmaq gərəkdir. Ölkənin qeyri-neft sektorunda artım rəqəmlərdə ifadə olunsa da, real həyatda görünmür. Yeni müəssisələr yaratmaq, işləyən istehsal müəssisələrini stimullaşdırmaq, xarici bazarlara çıxmaq əvəzinə nədənsə hökumətin iqtisadi-maliyyə bloku hələ də rəqəmlərlə oynayır, bəzəkli hesabatlar verməklə kifayətlənir.

Sadəcə, düzgün xarici siyasət bəs etmir. Ölkədə ictimai-siyasi sabitlik iqtisadi inkişafa xidmət göstərməyəndə, əhəmiyyəti azalır.

Prezident İlham Əliyev yeni milli ideya haqqında mühüm bir çıxış etmişdi. Fikrimcə, yeni milli ideyanın əsasında real iqtisadi inkişaf və gerçək sosial rifah dayanmalıdır. Yeni dövr, yeni mərhələ deyəndə məhz bu nəzərdə tutula bilər. Dövlət rəhbəri özü də bunu nəzərdə tutur.

Məlumdur ki, artıq beş ilə yaxındır, Azərbaycan tarixi hərbi qələbə əldə edib. İşğala son qoyulduğuna görə, ölkə ərazicə böyüyüb, xərclər artır. Bunlar aydındır. Ancaq qələbə resursları da artırıb axı. Bunları tarazlaşdırmaq hökumətin üzərinə düşür. Prezident dəfələrlə deyib: "Mən istəyirəm, insanlar yaxşı yaşasın". Bu, təkcə xalqın təhlükəsiz yaşamasına aid deyil. Prezident insanların həm də firavan yaşama haqqını da vurğulayıb bu cümlədə. O, əhalinin gəlirlərinin artmasını, yeni iş yerlərinin yaradılmasını, süni qiymət artımının, hər cür möhtəkirliyin qarşısının alınmasını nəzərdə tutub. Bu, sadəcə, gəlişigözəl söz, arzu deyil, prezidentin hökumətə bir tapşırığıdır. Hökumətin iqtisadi bloku bu tapşırığa nə zaman əməl edəcək? Şəxsən mənə aydın deyil.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri