İCESCOda Məhdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Rabatda mənzil qərargahında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə konfrans keçiriləcək. Tədbir İCESCO tərəfindən TÜRKSOY və Türkmənistan XİN-lə əməkdaşlıq şəraitində təşkil olunacaq.
AZƏRTAC İCESCO-ya istinadla xəbər verir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə heyəti, KİV və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Konfransda Məhdumqulu Fəraqinin həyat və yaradıcılığı, fəlsəfi fikirləri, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu mövzuları müzakirə olunacaq. Konfrans çərçivəsində şairin həyatından bəhs edən sənədli film göstəriləcək. Tədbir qala konsertlə yekunlaşacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Dekabr 2024 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















