Icma.az
close
up
RU
İçində Günəş yoxdusa...

İçində Günəş yoxdusa...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rəşad Məcidin doğum gününə

Zaman öz sözünü deyir-qalın kitabları oxuyanların sayı sürətlə azalır. Süni intellekt əsrində uzun-uzadı yazıları oxumağa çoxunun hövsələsi çatmır.  Yerində, zamanında deyilmiş yığcam fikirlər, qısa deyimlər daha cəlbedici görünür, oxunur.

Sosial şəbəkələrin  ənənəvi KİV-i üstələməyi göz qabağındadır. Bunun mənfi və müsbət tərəfləri ayrıca söhbətin mövzusu olduğu üçün buna toxunmayacağam.  Deməyim odur ki, günümüzdə oxucunu maraqlandırmağın yolunu şair, yazıçı, publisist Rəşad Məcid yaxşı tapıb. Necə? “Qələmsiz yazılanlar” vəziyyətdən əla  çıxış yoludur.  R. Məcidin  feysbuk sosial şəbəkəsində son illərdə  paylaşdığı statusları   zəmanəmizin, ölkəmizin lakonik tarixidir, baş verən ictimai-siyasi, mədəni hadisələrin  1-2 cümlədə əksidir. Bu statuslarda ölkəmizdə, dünyada baş verən bütün  hadisələrə münasibət bildirilir.

...“İçində Günəş yoxdusa... hara gedirsən get, qaranlıq və qaramat səni tərk etməyəcək”-deyən Rəşad Məcid üçün “Hər həftə Qarabağa köç xəbərlərini eşitmək qürurvericidir”.  Kiçik adamların böyük iddiaları, kimi gəldi yerli-yersiz tərifləmələri narahatedicidir, böyük ifadələrin kiçilməyidir, sözün ucuzlaşmağıdır deyir Rəşad Məcid:  “Dəhşətli”, “misilsiz”, “dahiyanə”, “şok”, “möhtəşəm”... və bu kimi sözlərdən tez-tez, yeri gəldi-gəlmədi istifadə etməkdən çəkinək” . Haqlıdır. Bu ifadələrdən  gen-bol, yeri gəldi, gəlmədi, layiq oldu, olmadı,  istifadə edildiyinə  görə də “Sözlərin mahiyyəti və sanbalı itir”.

Mətbuat şurasının sədri  KİV-də, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən xəbərləri tirajlayanlara  ciddi xəbərdarlıq edir: “Qərəzli olanda, həqiqəti təhrif edəndə gözdən düşürsən. Getdikcə sənə inam azalır. Bir gün gəlir, doğru sözünə də inanmırlar. “Yalançının evi yandı, heç kim inanmadı” məsəlində olduğu kimi. Etibarınızı qoruyun, eviniz yanar”. Tam doğru. Günümüzdə qeyri-peşəkarların yaydıqları nə qədər yalan informasiyalar var ki, jurnalist sözünə olan inamı sarsıdıb. “Peşəkar və istedadlı insanlar hay-küydən, çığır-bağırdan uzaq olurlar. Qara-qışqırıq salanlar istedadsızlar, nəyisə zorla əldə etmək istəyənlərdir”-fikrində də Rəşad tam haqlıdır.  “Heç kim özün dartmasın. Hamımız kiçik zərrəciklərik”-bəşəri dəyərlərin sözlə lakonik ifadəsi.

Son statuslarında Mətbuat Şurası rəsmisi  narahatlığını təkcə media əhli ilə yox, bütün cəmiyyətlə bölüşür. Nədir o narahatlıq? “İP yığmaq naminə psixoloji problemli adamların cəfəng fikirlərinə meydan vermək, dəyərləri silkələmək, həm də bunu Jurnalistlərin Etik Davranış Qaydalarına riayət etmədən, qarşı tərəfin fikirlərini öyrənmədən, mövqeyinə məhəl qoymadan, cəmiyyətdə yaradacağı reaksiyanı nəzərə almadan yaymaq böyük qüsur, ciddi peşə naqisliyidir. Daha çox oyuncaq, telefonda qurama İnternet TV-lərinə xas olan bu üsulu ciddi media subyektlərinin özlərinə rəva görməsi isə bədbinlik, təəssüf və məyusluq doğuran haldır. Neqativ, ağılsız, sərsəm fikirlərlə cəmiyyətdə ajiotaj yaratmaq dəyərləri ucuzlaşdırmaq, diletantların, qeyri-peşəkarların hər addımda gözdən saldıqları mediamızı daha da urvatsız etməkdir”.

Bəs bu urvatsızlığı yaradan nədir? “Qəzetlərdə redaktorlar məsuliyyət hiss edirdilər; sərsəm, zərərli fikirləri, yanlış düşüncələri ya redaktə edir, ya da mətndən çıxarırdılar. Yeni mediada - saytlarda təəssüf ki, redaktorlar bəzən əksini edirlər - İP, çox baxış və hay-küy naminə hər hərzə-hədyana meydan verirlər. Sosial mediadan isə ümumiyyətlə danışmağa dəyməz. Xəbər və düşüncənin fərqliliyi və anormallığı nə qədər cazibədar olsa da, cəmiyyət, tarix, xalq qarşısında məsuliyyət hissi heç vaxt arxa plana keçməməlidir”.

Bu gün jurnalistin qarşısında duran başlıca vəzifə nədir, nəyi bilməlidir, nəyə əməl etməlidir, cəmiyyət qarşısında hansı  məsuliyyəti daşıyır? “Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir” . Rəşad Məcidin bu statusu sualların  ətraflı açılımıdır. “Ciddi media qurumu İP xətrinə hər sayıqlamanı yaymağı özünə rəva bilməməlidir”.  Çünki: “Vicdanı olmayanın Allahı da olmur!”.

“Təcrübə keçən tələbələrə tamaşaya baxıb fikirlərini, düşüncələrini yazmağı tapşırmışıq. Gedib süni intellektin dediklərini köçürüb gətiriblər”-incə yumorla yazılmış bu status tələbəlik illərimi xatırlatdı. Tez başa gəlsin deyə biz də belə edərdik, çox şeyi kitablardan köçürtməklə işimizi yola verirdik.

“Çoxlu sitatların yer aldığı kitabları oxuya bilmirəm. Mənə müəllifin öz fikirləri maraqlıdır; bunlar səhv, ya düz, doğru, ya yanlış ola bilər. Amma fərqli, təzə fikir daha çox maraqlı gəlir”. Yaradıcılığı ilə yaxından tanış olanlar yaxşı bilir ki,  Rəşad Məcid həm şeir, həm nəsr, həm də publisistik yazılarında özüdür, bəzəksiz- düzəksizdir, təkrarsızdır. “İddialı başlıqlar, boş söz yığınından qurulmuş cümlələr...” Siz belə yazıları oxuyursunuzmu?” Rəşadın bu sorğusuna  mən yox deyirəm. Çünki bu yazılardan “Darıxdırıcı, şablon adamlar...” boylanır. “Suyu üfürməkdən dodaqları şişən insanlar” görünür.

Rəşad Məcidin “100 ildən çox keçib, amma Mirzə Ələkbər Sabirin personajları əvvəlkindən də diridir. Təəssüf!..”  statusu zamanın ironiyası kimi başa düşmək olar.   Qızlarını məktəbdən ayırıb  12-13 yaşında ər evinə yola salanlar, molla yanında bəxt falı yazdırmaq üçün növbəyə duranlar, vəzifəyə keçmək üçün min cildə girənlər, yaltaqlar, simasızlar və s. hələ də aramızdadırlar-müasir libaslarda, bahalı maşınlarda, üstün vəzifələrdə...

“Dünya dəyişir, Aqil Abbasın dəyərləri dəyişmir. Yaxşı da ki dəyişmir. Məmməd Arazın sözüylə desək, “od kimi, su kimi köhnədir”. Belə insanlar həmişə saf və istiqanlı olurlar”. Belə insanlar üçün “Bir bəhanə tapıb ürəyini boşalda bilmək də böyük xoşbəxtlikdir”.

“Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbr tələb edir. Zorakılıqdansa çalışıb dil tapmaq daha yaxşıdır”, “Minnətdarlıq duyğusu, vəfa, etibar nəcib hisslərdir. Daxili zənginliyin göstəricisidir. İnsana hörmət gətirir. Hər işə qulp qoymaqdan asan nə var ki?”, “Bir kəlmə xoş sözlə insanlarda nikbin ovqat yaratmaq mümkündürsə, niyə bunu əsirgəyək ki?” deyimləri sadəcə status deyil, şair, yazıçı Rəşad Məcidin  həyat kredosudur. Bu deyimlərə Rəşad müəllimin təbəssümünü də əlavə etsək, onda tam aydınlaşar Mətbuat Şurası sədri niyə çoxsaylı, çox tələbli jurnalistlərlə belə rahat dil tapa bilir, ürəklərini ələ ala bilir, konfliktlərə demək olar ki, yer qoymur. Elə ona görə də doğum günlərində ona gələn təbriklərin ardı-arası kəsilmir: “Sosial şəbəkələr meydana çıxandan, təxminən 10-15 ildir, ad günlərim həmişə çoxlu təbriklər seli ilə keçib. Həm də təbrik edənlərin böyük əksəriyyəti yazıçılar, şairlər, jurnalistlər, istedadlı adamlar olduğundan çox dəyərli və bəzən göz yaşardan, özümün də unutduğum hadisələri yada salan ürək sözləri oxumuşam”.

Yəqin ki, “Qələmsiz yazılanlar”a istinadən yazdığım bu təbriki də oxuyar...


Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see558

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see468

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see320

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see303

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see257

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see243

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see222

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see209

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see196

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see181

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see179

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see178

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see177

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see175

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see172

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see166

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see162

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see158

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see157

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri