Icma.az
close
up
RU
Yol kənarında, günəş altında, toz torpaq içində qalan malların satışı istehlakçı hüquqlarının pozulmasıdır

Yol kənarında, günəş altında, toz torpaq içində qalan malların satışı istehlakçı hüquqlarının pozulmasıdır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Yol kənarındakı satış məntəqələrində meyvə-tərəvəz, su, içki və qida məhsulları həm baha, həm də keyfiyyətsizliyi ilə təklif olunur. Barkod nömrəsinə baxanda isə məhsulun real dəyərindən qat-qat baha satıldığı görünür. Məsələn, 40 qəpiklik biskvit 1 manata, 0.5 litr su 1.5 manata, bir ədəd banan 1 manata təklif olunur. Alıcıların alternativi olmadığı üçün bu qiymətlərlə razılaşmaqdan başqa çarəsi qalmır. Satıcılar da rəqabətsizlikdən istifadə edərək qiymətləri süni şəkildə şişirdirlər.Yol kənarlarında və yolüstü mağazalara Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən nəzarət necə həyata keçirilir?Keyfiyyətsiz, təhlükəli, üstəlik dəyərindən baha məhsulların satışının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov bildirib ki, vətəndaş tələbatına uyğun məhsulu uyğun gördüyü yerdən ala bilər.

Eyyub Hüseynov

“Qiymətlər sərbəstdir. Dövlət tərəfindən tənzimlənməyən mallar istənilən şəxs tərəfindən istənilən qiymətə satıla bilər. Bu halda, alıcının seçim hüququ var - vətəndaş özü qərar verir və tələbatına uyğun məhsulu uyğun gördüyü yerdən ala bilər. Müxtəlif illərdə və bölgələrdə qiymətlərin fərqli olması bazar iqtisadiyyatının normal halıdır. Bazar iqtisadiyyatının tələblərində irəli gələn haldır.

Yol kənarında, günəş altında, toz-torpaq içində qalan malların satılmasına gəldikdə, bu məsələlərə yerli polis orqanları və yerli icra hakimiyyətləri, həmçinin Bakı şəhər İcra Ticarət və Xidmət Departamenti də nəzarət edir və onlar cavabdehdir. Çox təəssüf ki, bu sahədə istehlakçı hüquqlarının pozulması məsələsi mövcuddur”-deyə Eyyub Hüseynov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri