İçinə cin girən sevgilisini elektrikli mişarla doğradı Polisə deyib ki...
Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ sakini sevgilisini elektrikli mişarla doğrayaraq özü polisə zəng edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "FOX 10" məlumat yayıb.
Hadisə noyabrın 7-də Arizona ştatının Finiks şəhərində baş verib. 47 yaşlı Ceffri Rael uzun müddətdir birlikdə olduğu sevgilisinə elektrikli mişarla hücum edib və O, 911-ə zəng edərək bunu "qızın içinə cin girdiyi" üçün etdiyini etiraf edib.
Polis evə çatanda Rael əlində çəkic və xaçla silahlanmış vəziyyətdə olub. Mətbəxdə hüquq-mühafizə orqanları qan içində elektirikli mişar və 31 yaşlı Pəkston Uollesin tanınmaz hala salınmış cəsədini aşkar ediblər.
Şübhəli əvvəlcə xəstəxanaya aparılıb, sonra isə bir milyon dollarlıq girov qarşılığında həbs olunub.
Pəkstonun ailəsi Raelin qanunazid əməllərindən xəbərdar olublar, lakin belə bir şeyə əl atacağını düşünməyiblər.
Zərərçəkmişin bacısının sözlərinə görə, Pəkston münasibətləri bitirməyə çalışırdı, amma buna imkan tapmamışdı.
Cütlüyün qonşuları onların tez-tez mübahisə etdiklərini eşidiblər. İndi zərərçəkənin ailəsi ətrafdakılar arasında problemlə üzləşən hər kəsdən biganə qalmamağı və polisə müraciət etməyi xahiş edirlər.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Noyabr 2025 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















