İcma kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. İcmadan SİA-ya bildirilib ki, Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Baxış sayı:76
Mənbə:https://sesqazeti.az