İcma Yunanıstanı regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Bildirilib ki, mətbuatda Yunanıstan tərəfindən Ermənistana müasir silah sistemlərinin verilməsi ilə bağlı xəbərlər yayılıb:
"Bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir".
Qeyd olunub ki, Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir:
"Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















