Obameyanq millidən qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qabon hökuməti milli komanda ilə bağlı radikal qərarlar qəbul edib.
QOL.az xəbər verir ki, "Gabon 24"ün məlumatına görə, millinin bütün məşqçilər korpusu istefaya göndərilib və komandanın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, kollektivin ulduz futbolçuları Pyer-Emerik Obameyanq və Bruno Ekuele Manqa milli komandadan birdəfəlik uzaqlaşdırılıb.
Məlumata görə, müvafiq sərt tədbirlər komandanın Afrika Millətlər Kubokundakı uğursuz çıxışı fonunda həyata keçirilib. Hökumətin növbəti qərarlarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Qabon millisi Afrika Millətlər Kubokunda Kamerun, Mozambik və Kot-d'İvuarla eyni qrupda yer alıb. Bütün 3 oyunda məğlub olan Qabon millisi qrupu sonuncu pillədə tamamlayıb.
Xatırladaq ki, komandanın kapitanı Pyer-Emerik Obameyanq qrup mərhələsinin ikinci turundan sonra düşərgəni tərk edərək klubu "Marsel"ə qayıtmışdı.
Baxış sayı:52
Bu xəbər 01 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















